Pentaqon kommersiya dronlarının satınalmasını və istifadəsini dayandırıb

2018/06/45645_1528884771.png
Oxunub: 2179     18:12     13 İyun 2018    
ABŞ Müdafiə Nazirliyi dronların istifadəsinin potensial kibertəhlükəsizlik risklərindən dolayı onların kommersiya məqsədli satın alınması və istifadəsini dayandırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi polkovnik-leytenant Mayk Andrüs bildirib.

O bildirib ki, qərarın qəbul edilmə məqsədi kiçik kvadrokopterlərdən istifadə edən bölüklərin təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, bu, Pentaqonun kommersiya dronlarının ordu tərəfindən istifadəsini dayandırdığı ilk hal deyil. Ötən ilin avqustunda da analoji addım atılıb və bu zaman Çinin DJI kompaniyası tərəfindən istehsal edilən dronların istifadəsi məhdudlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Dron  

Pentaqon kommersiya dronlarının satınalmasını və istifadəsini dayandırıb

2018/06/45645_1528884771.png
Oxunub: 2180     18:12     13 İyun 2018    