Yəmən ordusu planlaşdırılan böyük terror hücumunu üzə çıxarıb

2018/06/168498431210_1528881925.jpg
Oxunub: 2296     17:25     13 İyun 2018    
Yəmən ordusu ölkənin cənub-şərqindəki Hadramut vilayətinə qarşı planlaşdırılan geniş miqyaslı terror hücumunun qarşısını alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəmən Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyinin yaydığı bəyanata görə, “Əl-Qaidə” Hadramut vilayətinin bir neçə nöqtəsini hədəf alan terror hücumu planlaşdırıb. Hücumlar Ramazan bayramı zamanı həyata keçiriləcəkdi.

Təhlükəsizlik və kəşfiyyat qüvvələri terrorçuların sığınacağına reyd keçirərək 28 partlayıcı qurğu, iki termal raket, üç çanta C4 partlayıcısı ələ keçirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yəmən   Əl-Qaidə   Terror  

Yəmən ordusu planlaşdırılan böyük terror hücumunu üzə çıxarıb

2018/06/168498431210_1528881925.jpg
Oxunub: 2297     17:25     13 İyun 2018    