Hindistan və Qazaxıstan hərbi sənaye əməkdaşlığını genişləndirəcək

2018/06/kazakhjune13_1528879212.jpg
Oxunub: 2153     12:22     13 İyun 2018    
Hindistan və Qazaxıstan hərbi-sənaye sferasında ikitərəfli əməkdaşlığı təkmilləşdirməyə dair razılıq əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Yeni Dehlidəki səfirliyi məlumat yayıb.

Məlumata görə, razılıq Beşinci Birgə Hökumətlərarası Qazax-Hind İşçi Qrupunun görüşündə əldə edilib. Görüş Astanada baş tutub və hərbi-sənaye əməkdaşlığını əhatə edib.

Görüşdə iştirak edən Qazaxıstan nümayəndə heyətinə Müdafiə və Aerokosmos Sənaye nazirinin müavini Şaymergenov Timur, Hindistanınkına isə Müdafiə Nazirliyinin Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq bölməsinin sədri Şambu Kumaran rəhbərlik edib.

Görüş zamanı hər iki tərəf kibertəhlükəsizlik və sülh, müdafiə təşəbbüsləri, və s. üzrə əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Ağalar Ağalarlı

Teqlər:

Xəbər lenti

Hindistan və Qazaxıstan hərbi sənaye əməkdaşlığını genişləndirəcək

2018/06/kazakhjune13_1528879212.jpg
Oxunub: 2154     12:22     13 İyun 2018    