ABŞ senatoru: “Pens ABŞ-Cənubi Koreya təlimlərinin davam edəcəyini bildirib”

2018/06/34534_1528877157.jpg
Oxunub: 2137     12:03     13 İyun 2018    
Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens Birləşmiş Ştatların Cənubi Koreya ilə birgə həyata keçirdiyi ənənəvi hərbi təlimlərə davam edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının üzvü Kori Qardner bildirib.

Senatın Şərqi Asiya və Sakit okean bölgəsi üzrə alt komitəsinin sədri olan Qardner Tviter hesabı vasitəsilə yaydığı məlumatda Pensin həmin fikirləri Respublikaçı senatorlarla qapalı qapılar arxasında keçirdiyi görüşündə qeyd etdiyini bildirib.

Buna baxmayaraq, Pensin sözçüsü Alissa Fara vitse-prezidentin belə bir fikir səsləndirməsi iddialarını təkzib edib.

Bu bəyanatdan sonra Qardner ikinci tvitini yayımlayıb. O Pensin görüşdə çox aydın şəkildə müntəzəm hazırlıq təlimlərinin və treyninqlərin davam edəcəyini söylədiyini vurğulayıb. Növbəti tvitində isə senator bu fikirləri qeyd edib: “Pens əlavə edərək bildirdi ki, bu hazırlıq təlim və treyninqləri davam etsə də, müharibə oyunları dayandırılacaq”.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pens   Hərbi-təlimlər   ABŞ  

Xəbər lenti

ABŞ senatoru: “Pens ABŞ-Cənubi Koreya təlimlərinin davam edəcəyini bildirib”

2018/06/34534_1528877157.jpg
Oxunub: 2138     12:03     13 İyun 2018    