Mettis birgə hərbi təlimlərin dayandırılmasına təəccüblənməyib

2018/06/232_1528783525_1528870422.jpg
Oxunub: 172     10:11     13 İyun 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis Donald Trampın Cənubi Koreya ilə birgə həyata keçirilən hərbi təlimlərin dayandırılmasını normal qarşılayıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Dana Vayt bildirib.

Pentaqonda baş tutan mətbuat konfransında iştirak edən Dana Vayta jurnalistlərdən biri Trampın qərarından nazirin təəccüblənib-təəccüblənmədiyini soruşub. Vayt isə burda heç bir sürprizin olmadığını və üstəlik qərardan öncə Mettislə məsləhətləşildiyini söyləyib.

Lakin anonim şəkildə müsahibələr verən ABŞ Müdafiə Nazirliyindən bəzi rəsmilər isə bu qərardan təəccübləndiklərini və qərarın Koreya yarımadasındakı Amerika hərbi personalının hazırlığına mənfi təsir göstərəcəyini qeyd ediblər.

Xatırladaq ki, dünən Sinqapurda baş tutan tarixi Tramp-Kim sammitindən sonra tək olaraq mətbuat konfransı verən ABŞ prezidenti Donald Tramp Kim Çen Inın nüvə mühərrikləri sınağının həyata keçirildiyi bazanı dağıdacağını, bunun qarşılığında isə ABŞ-ın Cənubi Koreya ilə birgə yarımada ətrafında keçirilən hərbi təlimləri dayandırmağa razılıq verdiyini açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Mettis   Hərbi-təlimlər  

Xəbər lenti

Mettis birgə hərbi təlimlərin dayandırılmasına təəccüblənməyib

2018/06/232_1528783525_1528870422.jpg
Oxunub: 175     10:11     13 İyun 2018    