Tramp Seulla birgə təlimləri dayandırma planını yeniləyib

2018/06/4_6115162784_1528869819.jpg
Oxunub: 437     14:02     13 İyun 2018    
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Seulla birlikdə ənənəvi olaraq hər il keçirdiyi ortaq hərbi təlimləri dayandırma qərarını bir daha təkrarlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə dünən axşam “Fox News”a verdiyi müsahibəsində danışıb.

O bildirib ki, Şimali Koreya ilə səmimi danışıqların davam etdiyi müddətcə ABŞ müharibə oyunlarında iştirak etməyəcək.

Şimali Koreya lideri ilə əldə edilən razılığa əsasən ABŞ nüvəsizləşdirməni həyata keçirməsi qarşılığında Şimala təhlükəsizlik zəmanəti verib. Bu məsələyə toxunan Tramp Kimin olduqca qısa müddətdə ölkəsinin nüvə proqramını sıradan çıxaracağını bildirib.

Onun sözlərinə görə, Kim Çen In tamamilə anlayışlıdır və o, ölkəsinin nüvə proqramını dayandırmalı olduğu ilə bağlı mübahisə etməyib.

O, KXDR-li həmkarını “sərt adam”, “böyük həmsöhbət” kimi təsvir edib və onun yaxın gələcəkdə Vaşinqtona səfər etməsinin mümkünlüyünü dilə gətirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   KXDR   Hərbi-təlimlər  

Tramp Seulla birgə təlimləri dayandırma planını yeniləyib

2018/06/4_6115162784_1528869819.jpg
Oxunub: 438     14:02     13 İyun 2018    