Yəmən son 24 saat: Husilər “Badr-1”lərdən hücum etdi

2018/06/105489498464_1528522160_1528868936.jpg
Oxunub: 1476     13:48     13 İyun 2018    
Husi qiyamçıları son 24 saat ərzində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə çoxsaylı hücumlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu hücumlar həm Yəmənin öz ərazisində, həm də Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd bölgələrinə baş tutub.

Hücumların ən əhəmiyyətlisi Krallığın Cizən şəhəri istiqamətində olub. Husilər buraya “Badr-1” ballistik raketi atsalar da, koalisiya qüvvələrinin mətbuat katibi polkovnik Turki əl-Maliki raketin uğurla zərərsizləşdirildiyini bildirib.

Eyni zamanda Nəcran şəhərinə edilən hücumda “Katyuşa”lardan və artilleriya toplarından hücum edən qiyamçılar bir neçə əsgəri öldürdüklərini iddia ediblər.

Bununla da yekunlaşmayan hücumlar daha sonra Yəmənin Bayda vilayətində koalisiya qüvvələrinin düşərgəsinə hücum edib. Meydana gələn qarşıdurmada hər iki tərəfdən ondan çox ölən və yaralananın olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Husilər   Yəmən   Badr-1  

Yəmən son 24 saat: Husilər “Badr-1”lərdən hücum etdi

2018/06/105489498464_1528522160_1528868936.jpg
Oxunub: 1477     13:48     13 İyun 2018    