""Polonez"ləri hərbi əməliyyatların başladığı halda tətbiq etmək olar" - EKSPERTLƏR

2018/06/Pavel_1528868788.jpg
Oxunub: 5721     09:32     13 İyun 2018    
""Polonez" kimi silahlar ciddi silah növü olduğuna görə, onlardan yalnız hərbi əməliyyatların başladığı halda tətbiq etmək olar".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenqauer Belarus tərəfindən Azərbaycana "Polonez"lərin satılmasını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, “Polonez” kimi silah münaqişə tərəfləri arasında hərbi balansı poza bilər.

"İstənilən güclü silah növü, o cümlədən “Polonez” kimi silah münaqişə tərəfləri arasında hərbi balansı poza bilər. "Polonez" kimi silahlar ciddi silah növü olduğuna görə, onlardan yalnız hərbi əməliyyatların başladığı halda tətbiq etmək olar", - deyə qeyd edib.

Belarus eksperti Valer Varbalyeviç isə öz növbəsində qeyd edib ki, Ermənistanın təhlükəsizliyinin qarantı olmasına baxmayaraq, Azərbaycana silah satan Rusiya kimi nəzəri olaraq, bu hüquqa sahib olan Belarus da yaxın müttəfiqi, əlaqələri kifayət qədər dərin və möhkəm olan Azərbaycana silah satır.

"Belarus Azərbaycana silahı Rusiya nümunəsinə uyğun satıb", - deyə Karbalyeviç əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Polonez   Qarabağ   YARS  

Xəbər lenti

""Polonez"ləri hərbi əməliyyatların başladığı halda tətbiq etmək olar" - EKSPERTLƏR

2018/06/Pavel_1528868788.jpg
Oxunub: 5722     09:32     13 İyun 2018    