Estoniya “Mistral” raketləri alacaq

2018/06/received_2560516160841203_1528826878.jpeg
Oxunub: 1871     02:13     13 İyun 2018    
Estoniya Fransanın silah istehsalçısı MBDA şirkətindən 50 milyon avro dəyərində “Mistral” raketləri alacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı Estoniyanın Müdafiə Yatırımları Mərkəzi (EMYM) və MBDA Fransa müqavilə imzalayıb.

Müqaviləni Estoniya tərəfdən EMYM-nin direktoru polkovnik Rauno Sirk, MBDA-dan isə şirkətin vitse-prezidenti Didye Filip imzalayıb.

Müqavilə əsasında mərkəz 2020-2027-ci illər ərzində 50 milyon avro dəyərində “Mistral” raketləri və onun ləvazimatlarını əldə edəcək. Bu çərçivə sazişi ölkənin əlavə olaraq 100 milyon dollar dəyərində havadan müdafiə raketləri almasına da imkan verir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Estoniya   Mistral   MBDA  

Estoniya “Mistral” raketləri alacaq

2018/06/received_2560516160841203_1528826878.jpeg
Oxunub: 1872     02:13     13 İyun 2018    