MAR Çin silahlarının çatdırılmasına icazə istəyir

2018/06/received_2560513264174826_1528824956.jpeg
Oxunub: 1477     21:37     12 İyun 2018    
Mərkəzi Afrika Respublikası Birləşmiş Millətlər Təşkilatının Çin istehsalı zirehli vasitələr, pulemyotlar, gözyaşardıcı qaz, qumbaratan və digər silah-sursatın çatdırılmasına icazə verməsini istəyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə MAR Müdafiə naziri Maria Noelle Koyara danışıb.

Nazir ölkənin silahlı qüvvələrinin mübarizə apardığı terrorçu qrupların güclənməsi və şiddəti artmasından dolayı ölkəyə tətbiq edilən silah embarqosuna istisnaların tətbiq edilməsini tələb edib.

Qeyd edək ki, BMT TŞ 2013-cü ildə MAR-da zorakılıq və şiddət hallarının artmasından dolayı ölkəyə silah satışını qadağan edən qətnamə qəbul edib. Lakin 2017-ci ildə Rusiyanın MAR silahlı qüvvələrinə silah çatdırmasına icazə verilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: MAR   Çin   BMT  

Xəbər lenti

MAR Çin silahlarının çatdırılmasına icazə istəyir

2018/06/received_2560513264174826_1528824956.jpeg
Oxunub: 1480     21:37     12 İyun 2018    