ABŞ-ın rəhbərlik etdiyi dəniz əməliyyatı Çini dayandıra biləcəkmi?

2018/06/received_2560515107507975_1528822680.jpeg
Oxunub: 1561     20:51     12 İyun 2018    
2018-ci il Şanqri-La dialoqunda Britaniya və Fransa Müdafiə nazirləri Çinin ərazi iddialarına qarşı mübarizədə ABŞ-a qoşulmaq məqsədilə Cənubi Çin dənizinə döyüş gəmiləri göndərəcəklərini bəyan ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar ABŞ-ın rəhbərlik etdiyi Azad Dənizçilik Əməliyyatlarına neçə döyüş gəmisi göndərəcəklərinə dair dəqiq rəqəm açıqlamayıb.

Buna baxmayaraq, Britaniya-Fransa birgə mövqeyi bəzi spekulyasiyalara yer açır: Asiyalı iddiaçılardan (Bruney, Vyetnam, Malayziya, Filippin) heç biri Çinlə qarşıdurmaya meyilli olmadıqdan sonra bu iki ölkə ABŞ-la müttəfiqliyə məcbur edilib?

Yaponiya və Hindistanın da Çinlə münaqişədən çəkindiyi görünür. Çin hər iki ölkənin ən böyük ticarət partnyorudur. Hindistan Baş naziri Narendra Modi Çin prezidenti Si Tsinpinqlə iki dəfə görüşüb və iki dövlətin gələcəkdə necə əməkdaşlıq edə biləcəyinə dair yollar müzakirə edilib.

Digər tərəfdən ABŞ, Fransa, Britaniya üçlüsü Çini Cənubi Çin dənizindəki iddialarından çəkindirməyə kifayət etməyə bilər. Hər üç dövlətin Çinlə sıx ticarət əlaqələri var. Həm Britaniya Baş naziri Tereza Mey, həm də Fransa prezidenti Emmanuel Makron bu il yanvarın əvvəllərində Çinə səfər edərək ticarət və iqtisadi əlaqələri gücləndirmə yollarını müzakirə ediblər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Çin   Britaniya  

Xəbər lenti

ABŞ-ın rəhbərlik etdiyi dəniz əməliyyatı Çini dayandıra biləcəkmi?

2018/06/received_2560515107507975_1528822680.jpeg
Oxunub: 1564     20:51     12 İyun 2018    