BI: Trampın hərbi təlimləri dayandırma qərarını Çin Pentaqondan öncə bilib

2018/06/6tr7567_1528811656.jpg
Oxunub: 1866     22:32     12 İyun 2018    
Donald Tramp bu gün kim Çen Inla baş tutan sammitdən sonra ABŞ və Cənubi Koreya qüvvələrinin hərbi təlimləri dayandıracağını elan etdi.

Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, görünür Çin bu xəbərdən Pentaqondan daha əvvəl xəbərdar olub.

Daha öncə xəbər verdiyimiz kimi ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələri təlimlərin dayandırılmasına dair göstəriş almadığını elan edib. Eyni zamanda Cənubi Koreya ordusu da aşağıdakı bəyanatı yayıb: “Prezident Trampın birgə hərbi təlimlərin dayandırılması barəsində şərhinə dair... Bu nöqtədə onun fikirlərinin arxasındakı gerçək mənanın və yaxud niyyətin nə olmasını bilmək istəyirik”.

Eyni zamanda Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “Bizim təklif etdiyimiz “dayandırma qarşılığında dayandırma” prosesi haqlıdır və qəbul edildi”.

ABŞ uzun müddətdir ki, Şimali Koreya və Çinin “dayandırma üçün dayandır” təklifini rədd edib. Təklifin mahiyyəti bundan ibarətdir ki, Şimali Koreyanın raket və nüvə sınaqlarını dondurması qarşılığında ABŞ hərbi təlimləri dayandırır.

Tarixən, ABŞ ikitərəfli, planlaşdırılmış və şəffaf hərbi təlimlərin hüquqi, lakin KXDR-in nüvə proqramınının qanunsuz olduğunu müdafiə edib.

Lakin bu, Trampın elanının orduya öncədən bildirilmədiyinin aydın olduğu ilk belə hal deyil. Tramp ABŞ vətəndaşları arasındakı cinsi azlıqların hərbi xidmətə qəbul edilməyəcəyinə dair tvit atanda da, Pentaqon bu barədə göstəriş almadığını bəyan etmişdi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Pentaqon   Təlimlər   Çin  

BI: Trampın hərbi təlimləri dayandırma qərarını Çin Pentaqondan öncə bilib

2018/06/6tr7567_1528811656.jpg
Oxunub: 1867     22:32     12 İyun 2018    