Fransa Suriya daxilindəki əməliyyatlarını artırıb

2018/06/35227843_2560519274174225_6622807233623228416_n_1528811291.jpg
Oxunub: 1500     19:12     12 İyun 2018    
Fransa Hərbi Hava Qüvvələrini may ayı ərzində Suriya və İraq daxilində daxilindəki hərbi əməliyyatlarını intensivləşdirib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Naziriyin yaydığı hesabata görə, İŞİD əleyhinə Beynəlxalq Koalisiya may ayı ərzində aprel ayına nəzərən 123% daha çox hücum həyata keçirib.

Fransa HHQ İŞİD-in Suriya və İraqdakı mövqelərini bombalamaq məqsədilə İordaniya və BƏƏ hava fəzasından da istifadə edib.

23-29 may tarixlərində Fransa təyyarələri yerli qüvvələrə dəstək məqsədilə İŞİD-ə qarşı 20 əməliyyat keçirib. Bunların əksəriyyəti kəşfiyyat və axtarış əməliyyatları olub.

Koalisiyanın fəaliyyətə başladığı 2014-cü il sentyabrın 19-dan bu vaxta qədər 8095 əməliyyat, 1450 bombalama həyata keçirilib və nəticədə 2241 hədəf dağıdılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Fransa   Suriya   İŞİD  

Xəbər lenti

Fransa Suriya daxilindəki əməliyyatlarını artırıb

2018/06/35227843_2560519274174225_6622807233623228416_n_1528811291.jpg
Oxunub: 1503     19:12     12 İyun 2018    