"Sand Cat" və "Spayk-ER" cütlüyünün taktiki-texniki xüsusiyyətləri – HƏRBİ EKSPERT

2018/06/7f2c90e9a21cdae89a1e00b73c93a08b_1528808144.jpg
Oxunub: 8631     20:53     12 İyun 2018    
"Sand Cat" (Qum Pişiyi) zirehli avtomobilləri İsrailin "Plasan" sirkətinin mühəndisləri və ABŞ-ın "Oshkosh" şirkətinin mütəxəssisləri ilə birgə yaradılıb. "Sand Cat" İsrail şirkəti "Plasan" şirkətində istehsal edilən kompozit zirehli nəqliyyat vasitəsidir. Avtomobil "Ford F" seriyalı kommersiya şassisinin 2845 mm-ə qədər qısaldılan bazasında hazırlanır.

Bu maşınlar əvvəlcə İsrail Ordusunun M-240 "Storm" avtomobillərini dəyişmək üçün nəzərdə tutulsa da, sonradan tələbat yarandığından 8 əsgərin daşınması üçün maşının 6 və 8 ton ağırlığında çoxsaylı versiyaları yaradıldı. Prototiplər İsraildə və ABŞ ordusundakı Maryland şəhərindəki Aberdeen təlim poliqonunda sınaqdan keçirilib. "Qum pişik"ləri ağır "Ford 350" pikaplarının şassisi bazasında hazırlanır.

6-8 ton ağırlığında zirehli vasitənin hündürlüyü 2,25 metrdir. Çəkinin geniş diapazona malik olması avtomobillərə quraşdırıla bilən avtomatik silah sistemlərinə, optik qurğulara, rabitə vasitələrinə, yanğın söndürmə qurğusuna, radoaktiv, kimyəvi və bioloji silahlara qarşı müdafiə vasitələrinə, eləcə də maşında quraşdırılan döyüş modullarına sahib olmasına görə dəyişir. Məsələn, zirehli "Qum Pişiyi" müxtəlif imkanklı rabitə vasitələri ilə mobil komanda məntəqəsi kimi, zenit raket pulemyotu ilə HHM bölməsi kimi, TƏİRK ilə tank əleyhinə bölmənin çevik özüyeriyən vasitəsi kimi və ya sadəcə top və ya pulemyotla təchiz edilən zirehli personal daşıyıcısı kimi istifadə edilə bilər. Bir çox hallarda komanda qərargah maşını kimi, həmçinin xüsusi təyinatlı və ya kəşfiyyat bölmələrinın əməliyyat rayonlarında döyüş vəzifələrini çevik şəkildə yerinə yetirməsini təmin etmək üçün də istifadə edilə bilər.

"Qum Pişiyi"nin universal şassi olaraq çoxməqsədli "Samson" modullara sahib ola bilməsi də müasir müharibələrin əməliyyat şəraitinin sürətlə dəyişən kontekstində mühüm əhəmiyyət kəsb edir.

"Sand Cat", 325 at gücünə malik 6.4 litrlik V8 mühərriki ilə təchiz olunur, maksimum sürət 160 km/saatdır, lakin təhlükəsizlik baxımından sürəti 120 km/saat ilə məhdudlaşdırılıb. Dizaynın fərqli bir xüsusiyyəti cəlbedici görünüşə malik olmasıdır.

Yan pəncərələrin trapez şəkilli olması zirehli şüşənin çəkisini görünüş sahəsinə mənfi təsir göstərmədən azaltmağa imkan verir. Tam zirehli korpusda müxtəlif səviyyələrdə təhdidlərin qarşısını almaq üçün zireh poladı, keramika və kompozit materialların qarışığından ibarət materialdan istifadə edilir. STANAG 4569 təhlükəsizlik standartının 3-cü səviyyəsinə uyğundur. "Sand Cat" zirehli nəqliyyat vasitələri üçün əla idarəetməyə və sürətlənməyə malikdir. Daxili rahat və genişdir, açıq xərək belə yerləşdirilə bilir.

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artileriya bölmələrinin müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub.

Müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş maşınları (PDM) və digər zirehli texnika, eləcə də mühəndis qurğuları, uzunmüddətli atəş nöqtələri, aşağı hündürlükdə uçan hava hədəfləri, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvənin məhvetmə qabiliyyətinə malik olan komplekslər sutkanın istənilən vaxtında, aktiv və passiv maneələrin istifadəsi şəraitində tətbiq edilə bilər.

Komandanlıq təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib. Təlimlərlə bağlı yayımlanan videolarda "Sand Cat" bazasında yerləşdirilən "Mini Samson" döyüş modulundakı "Spayk-ER" tank əleyhinə idarəolunan raketdən maksimal məsafədə zərgər dəqiqliyi ilə zirehli vasitəni məhv etməsi nümayiş olunub. Hal-hazırda Silahlı Qüvvələrimizin bölmələri "Sand Cat" bazasında yerləşdirilən ən azı 4 müxtəlif platformanın hər birindən onlarla zirehli vasitəyə malikdir. Azərbaycandan başqa bu zirehli vasitələrdən MDB ölkələrindən yalnız Qazaxıstan və Türkmənistan istifadə edir. Azərbaycanın istifadə etdiyi sistemlər daha üstün mina qorunma səviyyəsi ilə fərqlənir. Müxtəlif silah sistemi və avadanlıqlarla təchiz olunan "Qum Pişik"lərinin silahlanmasında əsas yeri tutan təbii ki, "Spayk-ER" TƏİRK-dir.

Kompleksə məxsus raketin mərkəzi hissəsi 4 ədəd qatlanan qanadlar ilə təchiz olunub. Bundan sonra partlayıcı və əsas kumulyativ hissə yer alır. Qatlanan sükan pərləri, start mühərriki və fiber-optik lifli kabel sarğısı isə quyruq hissədə yerləşir. Bu komplekslərin 1500 metrdən 25000 metr məhvetmə məsafəsinə sahib olmaqla 4 müxtəlif versiyası mövcüddur. Son təlimlərdə istifadə edilən "Spayk-ER" ekstra uzun məsafəli versiyadır. Raketin çəkisi 34 kq, ümumi kompleksin çəkisi isə 30 kq-dır. Maksimum atış məsafəsi 8 km olan bu raket əsasən artilleriya və piyada qoşunları tərəfindən istifadə olunur, bu təlimlərdə olduğu kimi zirehli döyüş maşınlarının üzərinə quraşdırıla da bilər. Zirehi dəlmə qabiliyyəti 1000 mm-dən çoxdur. Hazırda "Rafael" şirkəti bu variantın helikopterlərə quraşdırılan (helikopter versiyasının çəkisi isə 55 kq) versiyasını da ölkəmizə tədarük edir.

Bu vasitələrin ön xəttə yerləşdirilməsi düşmənin bütün ağır texnikalarını və zenit raket vasitələrini ön xəttdən daha təhlükəsiz məsafələrə çəkilməyə məcbur edir. Düşmən ZRK-larının isə ön xəttdən uzaqlaşdıqca, birinci eşalonun hava məkanını zəmanətli şəkildə qoruması da çətinləşir.

2017-ci ilin mayın 15-də ön xəttdən 8 km aralı məsafədə yerləşdirdikləri "Osa" ZRK və onun 3 nəfərdən ibarət ekipajinın "Spayk-ER" raketindən açılan bir sərrast atəş nəticəsində məhv edilməsini də xatırlatmaq yerinə düşər. Bu hadisədən sonra, düşmən 16 km atəş məsafəsi olan zenit raket kompleksləri və digər zirehli vasitələrin ön xətdən 10 km qədər geriyə çəkildi.

Təbii ki, "Sand Cat" zirehli vasitəsi ilə tank döyüşünə girmək olmaz, lakin onun 25 km qədər atəş məsafəsinə malik müxtəlif tipli "Spayk" raketlərindən açılan sərrast atəşlə düşmən müdafiəsinin dərinliyində olan müxtəlif zirehli hədəfləri yüksək dəqiqliklə məhv etmək olar.

Sonda deyə bilərəm ki, zirehli və sürətli vasitələrə getdikcə daha çox tələbat yarandığı üçün bu texnikalar gündəmdən çıxmayacaq, görünüşündə, təyinatında və silahlanmasında bəzi dəyişikliklərə məruz qalaraq Silahlı Qüvvələrə daha da geniş inteqrasiya edəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Sand-Cat   Spayk-ER  

"Sand Cat" və "Spayk-ER" cütlüyünün taktiki-texniki xüsusiyyətləri – HƏRBİ EKSPERT

2018/06/7f2c90e9a21cdae89a1e00b73c93a08b_1528808144.jpg
Oxunub: 8632     20:53     12 İyun 2018    