Füzulidə həyətyanı sahədə raket tapılıb - FOTOLAR

2018/06/2_1528807370.jpg
Oxunub: 2128     20:41     12 İyun 2018    
Füzuli rayonu ərazisində həyətyanı sahədə raket tapılıb.

ANAMA-dan Ordu.az-a verilən xəbərə görə, bu gün saat 11:18-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:26-da Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Füzuli rayonu, Üçüncü Zobcuq qəsəbəsi, ev 101 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7 raketinin arxa mühərrik hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin arxa mühərrik hissəsinin tapıldığı yerin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

Foto

Teqlər: Füzuli   ANAMA  

Füzulidə həyətyanı sahədə raket tapılıb - FOTOLAR

2018/06/2_1528807370.jpg
Oxunub: 2129     20:41     12 İyun 2018    