ABŞ HHQ-ə məxsus helikopterlər Somaliyə göndərilib

2018/06/345345_1528802678.jpg
Oxunub: 1561     15:21     12 İyun 2018    
ABŞ-a məxsus hərbi xilasetmə helikopterləri Somalidə fəaliyyət göstərən xüsusi əməliyyat üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün göndərilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, göndərilən hərbi helikopterlər bölgədəki hərbi qüvvələrin Əl-Şabab terror təşkilatından müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Məsələ ilə bağlı Pentaqondan verilən rəsmi açıqlamada qeyd olunub ki, göndərilən uçuş aparatları əsasən xilasetmə məqsədli helikopterlərdir.

Bəyanatda o da bildirilib ki, hal-hazırda ərazidə ABŞ, Keniya və Somalidən olan 800-ə qədər hərbçi terrorçu qruplaşmanın ciddi təhdidləri altındadır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HHQ  

Xəbər lenti

ABŞ HHQ-ə məxsus helikopterlər Somaliyə göndərilib

2018/06/345345_1528802678.jpg
Oxunub: 1564     15:21     12 İyun 2018    