XAO kommersial təşəbbüslərini dayandıracaq

2018/06/53_1528800970.jpeg
Oxunub: 1694     14:32     12 İyun 2018    
Çin Xalq Azadlıq Ordusu bu ilin sonuna qədər özünün kommersiya xarakterli fəaliyyətlərini dayandıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsi, Dövlət Şurası və Mərkəzi Hərbi Komissiyanın ortaq bəyanatında deyilir.

Bəyanatda, bütün hərbi kommersiya fəaliyyətlərinin dayandırılmasının adı çəkilən qurumlar tərəfindən qəbul edilən strateji qərar olduğu vurğulanıb. O, milli müdafiə və hərbi sahələr üzrə davam edən islahatların tərkib hissəsidir.

Qeyd edək ki, Çin ordusu müdafiə büdcəsindəki azalmaları aradan qaldırma məqsədilə özünün biznesini 1980-ci illərin ortalarında başladıb.1992-ci ildə Mərkəzi Hərbi Komissiya XAO və Silahlı Polis Qüvvələri tərəfindən kommersiyal fəaliyyətləri qəbul edib.

Bu fəaliyyətlərdə çoxsaylı korrupsiya hallarının ortaya çıxması və ictimai sektora problemlər yaşatmasından dolayı 2016-cı ildə Mərkəzi Hərbi Komissiya onun dayandırılmasına göstəriş verib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: XAO   Kommersiya  

Xəbər lenti

XAO kommersial təşəbbüslərini dayandıracaq

2018/06/53_1528800970.jpeg
Oxunub: 1695     14:32     12 İyun 2018    