KXDR-in nüvə raketi ABŞ-a nə qədər müddətə çatar? – HESABLAMA

2018/06/4565_1528798802.png
Oxunub: 1636     14:17     12 İyun 2018    
Bu gün ABŞ prezidenti Donald Tramp və Kim Çen In Sinqapurda tarixi sammiti həyata keçirdi. Bu yerdə həmin sammiti zəruri edən əsas nöqtəni xatrlamaq yerinə düşər: Şimali Koreya ABŞ-ın istənilən nöqtəsini nüvə başlığı ilə vura biləcəyini iddia edirdi.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən ilin iyul və noyabr aylarında Şimali Koreya qitələrarası ballistik raketləri sınaqdan keçirdi. O, bu raketlərin nüvə başlıqlarını minlərlə mil uzaqdakı hədəfə çatdıra biləcəyini bəyan etdi.

ABŞ kəşfiyyatının rəsmiləri də Şimali Koreyanın döyüş başlıqlarını QABR-lara uyğun kiçildə biləcəyinə inanır. KXDR-in ən son hərbi texnikasının dəqiq qabiliyyətləri naməlum olaraq qalsa da, çox az ekspert Şimalın hazırda ciddi nüvə silahlı güc olması faktını inkar edir.

İddialara görə, Şimali Koreya ABŞ-ın qərb sahilini və bir sıra böyük şəhərlərini asanlıqla hədəf ala bilər. KXDR-in raketlərinin ABŞ-a çatmasının nə qədər vaxt alacağını təxmin etmək üçün “Business Insider” Narahat Alimlər İttifaqının həmsədri olan fizik David Raytdan hesablama aparmasını xahiş edib. Aşağıda onun hesablamalarının nəticəsi göstərilib.

Məlumat raketin Şimali Koreyanın Pyonqan vilayətindən atılması üzərinə hesablanıb. Çünki raket sınaqları bu vilayətdə həyata keçirilir. Hədəf şəhərlərə isə Vaşinqton, Nyu York, Los Anceles, Honolulu, Çikaqo, Ançoraj və Quam daxil edilib.

Nyu York: 6750 mil/10860 kilometr; 40 dəqiqə 30 saniyə
Vaşinqton: 6830 mil/10990 kilometr, 41 dəqiqə 0 saniyə
Çikaqo: 6440 mil/10360 kilometr; 39 dəqiqə 30 saniyə
Ançoraj: 3700 mil/5960 kilometr; 29 dəqiqə 0 saniyə
Los Anceles: 5930 mil/9550 kilometr; 38 dəqiqə 0 saniyə
Honolulu: 5710 mil/ 9190 kilometr; 37 dəqiqə 0 saniyə
Quam: 2180 mil/3500 kilometr; 18 dəqiqə 30 saniyə

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   Nüvə-raketi  

Xəbər lenti

KXDR-in nüvə raketi ABŞ-a nə qədər müddətə çatar? – HESABLAMA

2018/06/4565_1528798802.png
Oxunub: 1637     14:17     12 İyun 2018    