4 əsas məsələ: ABŞ müharibə oyunlarını bitirəcək, KXDR raket bazasını məhv edəcək...

2018/06/13_16816697656_1528796122.jpg
Oxunub: 2239     17:33     12 İyun 2018    
Birləşmiş Ştatlar Şimali Koreyanın ətrafında hərbi təlimlər keçirməyi dayandıracaq, əvəzində Şimali Koreya lideri Kim Çen In raket mühərriklərinin sınaq poliqonunu sıradan çıxarmağa razılıq verdi.

Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, bu barədə bu gün baş tutan sammitdən sonra mətbuat konfransına qatılan ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Cənab Kim Şimali Koreyanın əsas raket mühərriki sınaq bazasını sıradan çıxarmağa hazır olduğunu bildirdi. Bu, imzalanmış sənəddə öz əksini tapmayıb. Biz bu barədə razılaşma imzalanandan sonra razılaşdıq”, - deyə Tramp tək qatıldığı mətbuat konfransında danışıb.

O, bunun çox ciddi nəticə olduğunu da əlavə edib: “Bu çox böyük bir şeydir, onlar burada raketləri sınaqdan keçirirdilər. Lakin artıq bu baza çox yaxında dağıdılmış olacaq”.

Tramp əvəzində müharibə oyunlarının dayandırılacağını, bunun, həm də böyük miqyasda pula qənaət olacağını vurğulayıb.

Bu gün Tramp və Kim arasında imzalanan ortaq bəyannamədə öz əksini tapmış 4 əsas məsələ:

1. Birləşmiş Ştatlar və KXDR iki ölkənin xalqının sülh və əmin-amanlıq içində yaşamasına hədələnmiş istiqamətdə yeni ABŞ-KXDR əlaqələrini qurmağı öz öhdələrinə götürür.
2. ABŞ və KXDR Koreya yarımadasında davamlı və stabil sülh rejiminin ərsəyə gəlməsinə səylərini birləşdirəcəklər.
3. 27 aprel 2018 Panmuncom Bəyannaməsini yenidən qəbul edərək KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsi istiqamətində işləyəcəyini öhdəsinə götürür.
4. Birləşmiş Ştatlar və KXDR müharibədə itənlər və əsir götürülənlərin geri qaytarılmasına razılıq verirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   KXDR   Tarixi-görüş  

4 əsas məsələ: ABŞ müharibə oyunlarını bitirəcək, KXDR raket bazasını məhv edəcək...

2018/06/13_16816697656_1528796122.jpg
Oxunub: 2240     17:33     12 İyun 2018    