Qlobal dəyişikliklərə doğru: Tramp-Kim görüşü “Nobel”i kimə qazandıracaq? – ANALİZ

2018/06/16_18345488352.jpg
Oxunub: 4871     15:52     12 İyun 2018    
Bütün dünya ictimaiyyətinin çoxdan səbirsizliklə gözlədiyi ABŞ prezidenti Donald Trampın və Şimali Koreya Prezidenti Kim Çen Inın Sinqapurda planlaşdırılan görüşü baş tutdu. Görüş çoxsaylı jurnalist və politoloqlar tərəfindən diqqətlə izlənildi. Sinqapur ABŞ və Şimali Koreya ilə yaxşı münasibətləri olan bəlkə də yeganə dövlətdir. Bu münasibətlər ABŞ ilə bu gün də davam edir, Şimali Koreya ilə münasibətlər isə 2017- ci ildə BMT sanksiyaları nəticəsində məcburən məhdudlaşdırılıb.

Sinqapur ABŞ prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Çen Inın arasında iyunun 12-də keçirilən görüşə 2 həftədən çox bir müddət ərzində hazırlaşıb.

Dəbdəbəli otellər

Ada dövlətinə tarixi hadisələri izləmək və işıqlandırmaq üçün təxminən 3000 jurnalist toplaşıb. Təhlükəsizliyi 5000 nəfərdən çox polis əməkdaşı təmin edib.

Görüşün tarixinin dəqiq məlum olmadığı may ayının ortalarına qədər, artıq Sinqapurda tarix zirvə görüşünü izləmək üçün otel sifariş edənlərin sayı durmadan artırdı. Bir çox şərhçilər Amerika və Şimali Koreya rəhbərlərinin, ya Shangri-La otelində, ya da Marina Bay Sands kurort kompleksində görüşəcəyini düşünürdülər.

Bu ehtimallar səbəbsiz deyildi. Çünki, bu otellərin birincisinin personalı yüksək səviyyəli görüşlərin keçirilməsi, qonaqların təhlükəsizliyini təmin etmək sahəsində lazımı təcrübəyə malikdir.

Məsələn, 2015-ci ildə Shangri-La otelində Çin lideri Si Tszinpin və Tayvan Prezident Ma İntszyu arasında, 1949-cu ildən etibarən baş tutan ilk görüş gerçəkləşdirilib.

Marina Bay Sands kurort kompleksi isə Las Veqasdakı kazinolara bənzəyən təsirli möhtəşəm görünüşü və üslubu ilə seçilə bilərdi.

Lakin, iyunun 10-də ABŞ və Şimali Koreya liderlərinin sammiti Sinqapurun 500 metrliyində Hind okeanında yerləşən Sentosa adasındakı Capella otelində keçiriləcəyi məlum oldu. Adanı Sinqapurdan ayıran 500 metrin 380 metri körpüdən ibarətdir. Bu görüşün adada baş tutması barədə ilk açıqlama Ağ Evin mətbuat katibi Sara Sanders tərəfindən elan edildi. Açıqlamanın elan edilməsindən bir həftə əvvəl , Şimali Koreya və Amerikalı təşkilatçılar bütün logistik məsələləri müzakirə etmək üçün Capellada dörd dəfə bir araya gəldilər.

Sentosa - Sinqapurun məşhur kurort zonasıdır: çox sayda lüks otel, əyləncəli parklar, iki golf klubu, "Universal Studios Sinqapur" kinostudiyası, okean akvariumu və s. mövcuddur. Zirvə görüşünün keçirilməsi üçün təbii ki, tək bu faktlar yetərli deyil.

Adanın seçilməsi onun Sinqapurdan qismən uzaq olması, qonaqların təhlükəsizliyini təmin etmək və adada arzuolunmaz şəxslərin peyda olmasının qarşısını almaq üçün əlverişli idi.

Qırmızı çatı altında beşulduzlu Capella oteli "müstəmləkə" üslubunda tikilib. Köhnə saraylar kimi görünsə də, Cənubi Çin dənizinə baxan otaqları çox müasirdir.

Zirvəyə hazırlıq əsnasında, ortaya çıxan problemlərdən biri də, Kim Çen Inın Sinqapurdakı oteldə yerləşdirilməsi üçün ödənişlərlə bağlı oldu. İyunun 4-də ABŞ tərəfi Şimali Koreya liderinin Fullerton otelində qalması üçün ödəmə imkanına malik olduğunu bildirdi. KXDR lideri isə gündəlik otaq dəyəri 6000-7500 dollar olan otaqda qalmaq istəyirdi.

Bu isə Şimali Koreya kimi yoxsul dövlət başçısı üçün böyük rəqəmdir. "The Washington Post" qəzetinin verdiyi məlumata görə, Şimali Koreya tərəfi otel xərclərinin üçüncü bir ölkə tərəfindən ödənilməsini arzu edib. Əslində düzgün addım idi. 70 il müttəfiqləri ilə birgə yer üzündən silməklə hədələdiyin rəqib ölkə ilə ilk görüşdə, ondan "maliyyə problemimiz var, təyyarə verin, otel xərclərimi də Siz ödəyin" demək bir az gülünc səslənərdi. Sonda bu xərcləri Sinqapur tərəfi öz üzərinə götürdü.

Görüşdən öncə

Koreya yarımadasındakı əvvəlki hərbi-siyasi vəziyyətə nəzər salsaq, bu gün baş tutan görüşün hansı tarixi əhəmiyyət daşıdığını təsəvvür etmək asanlaşacaq.

Cənubi və Şimalı Koreya arasında qarşılıqlı "nüvəsizləşmə" haqqında deklarasiya 1992-ci ildə də imzalanıb. Bu müqavilənin şərtlərinə görə Koreya düvlətləri öz ərazisində həm ABŞ, həm də şəxsi nüvə silahının yaradılmasından tam imtina etdilər. Hal hazırda bu razılaşma Şimali Koreyanın çoxsaylı nüvə sınaqları səbəbindən faktiki olaraq qüvvədən düşüb. 2017-ci ilin sentyabrın 3-də Şimali Koreya sayca altıncı nüvə sinaqlarını həyata keçirdi. Cənubi Koreya ərazisində 5,6 bal gücündən 6,3 bal gücünə qədər zəlzələ baş verdiyi rəsmən qeydə alındı. Bu isə Şimali Koreyanın ABŞ-nın Xirosimaya 6 avqust 1945-ci ildə atdıqları bombadan 4,5-5 dəfə daha güclü hidrogen bombasından istifadə etməsini təsdiq edirdi. Əvvəllər Cənubi Koreya rəhbərliyi bu məsələdə gözləmə mövqeyində idi. Sonradan, Şimali Koreyanın 3 sentyabrda keçirdiyi növbəti nüvə sınaqlarından sonra rəsmi Seul ABŞ rəhbərliyindən strateji qüvvələri ölkə ərazisində yerləşdirməyi xahiş etdi. Pentaqon rəhbərliyi isə ABŞ-nin Şimalı Koreyanı heç vaxt nüvə dövləti kimi qəbul edilməsi ilə razılaşmayacağını vurğuladı.

"Biz heç vaxt Şimalı Koreyanın nüvə silahına malik olması ilə barışa bilmərik"- deyə ABŞ tərəfi əlavə olaraq yeni sinaqların keçirilməsinin Şimali Koreyanın təhlükəsizliyini də sarsıdacağını bildirdi.

Cənubi Koreyanın Silahlı Qüvvələrinin müharibə şəraitində ABŞ tərəfindən operativ nəzarət olunması şərtləri isə fərqli bir tərəfdaşlıq mənzərəsi yaratdı. Yəni əgər Şimali Koreya ilə müharıbə başlayarsa Cənub qüvvələrinə ABŞ rəhbərlik edəcək.

Bu razılaşmadan dərhal sonra Şimali Koreya sərhədlərində ABŞ, Yaponiya və Cənubi Koreya Silahlı Qüvvələrinə məxsus aviadaşıyıcıların, ağır bombardmançıların və qırıcıların də iştirak etdiyi geniş miqyaslı hərbi təlimlər keçirildi. İki gün öncə Yaponiyanın Okinava adasının cənubunda keçirilən birgə təlimlərdə ABŞ HHQ məxsus F-15 qırıcısı qəzaya uğradı.

Daim təlimlərdən narahat olan Pxenyan isə rəsmən ABŞ-ı "gözlənilməyən anda, indiyə qədər görülməyən güclə" hədələməklə və ya növbəti nüvə sınaqları ilə qıcıqlandırırdı.

Pentaqon isə KXDR tərəfindən nüvə silahından hər hansı bir formada istifadə ediləcəyi təqdirdə, ABŞ tərəfindən kütləvi zərbə endiriləcəyini bəyan etdi. Belə bir gərgin atmosferdə qısa müddət ərzində düşmən münasibətdə olan iki ölkə liderinin görüşünün mümkün olacağını heç kim proqnozlaşdırmırdı. Əksinə mən də bir çoxları kimi 3-cü Dünya Müharibəsinin bir addımlığında olduğumuzu ehtimal edirdim.

Digər tərəfdən sanksiyaların tətbiqi məhdud imkanlara malik KXDR hakimiyyətini qarşılıqlı addımlar atmağa, münasibətləri normallaşdırmağa meylləndirdi.

Görüşə hazırlıq

Bu il mayın 9-da ABŞ-ın yeni dövlət katibi Pompeonun Pxenyana səfəri zamanı 3 nəfər həbsdə olan ABŞ vətəndaşı azad edildi. Mayın 24-də Şimali Koreya rəhbəri gözlənilmədən daim təhlükəsizlik qarantı adlandırdığı nüvə sınaq proqramını həyata keçirildiyi yeganə "Pxunqeri" poliqonunu ABŞ, Böyük Britaniya, Rusiya, Çin və Cənubi Koreya jurnalıstlərinin gözləri önündə məhv etdi. Poliqonun bütün sınaq tunelləri, yerüstü müşahidə məntəqələri, mühafizə qurğuları və digər obyektləri canlı yayımda partladıldı. Hadisələrin gedişatı Şimali Koreyanı kompromiss əldə etmək üçün daha istəkli göstərirdi.

ABŞ prezidenti isə kiçik bir problem yaranacağı təqdirdə təkrar danışıqlardan çəkilə biləcəyini, sanksiyaların ləğv edilməyəcəyini, maliyyə yardımı və kredit ayrılmasının müzakirə mövzusu olmayacağı barədə siqnallar verirdi. Digər tərəfdən isə ABŞ Şimali Koreyanın danışıqlar zamanı nüvə silahından daimi olaraq tam imtina etməsi və prosesin davamlı olaraq beynəlxalq ictimaiyyət tərəfindən nəzarətdə saxlanılmasında israr edirdi. Hadisələrin inkişafı müəyyən mənada Şimali Koreyanın şərtləri qəbul edəcəyini ehtimal etməyə əsas verirdi.

Tarixi görüş

Sinqapurun Santosa adasındakı Capella oteli bu gün, iyunun 12-də Şimali Koreyanın lideri ilə ABŞ prezidentinin tarixdə ilk dəfə baş tutan görüşünə şahidlik etdi. Bir neçə dəfə baş tutması sual altında olan zirvə toplantısının əsas mövzusu gözlənildiyi kimi, KXDR-in nüvə silahlarından tam təmizlənməsindən ibarət oldu.

Sammitin keçirildiyi otelin girişində Kim Çen In və Donald Tramp əl-ələ görüşərək kameralara önündə şəkil çəkdirdilər. Tramp danışıqların müvəffəqiyyətli keçəcəyinə ümid etdiyini, ABŞ və Pxenyan arasındakı münasibətlərin "çox gözəl" olacağına şübhə etmədiyini bildirdi. Kim Çen In isə sammitin reallaşması üçün bir çox maneənin aşılması lazım olduğunu əlavə etdi.

50 dəqiqə ABŞ və KXDR liderləri tərcüməçi vasitəsilə təkbətək görüşdülər, sonra isə onlara məsləhətçilər və nümayəndə heyətlərinin yüksək vəzifəli üzvləri - ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik müşaviri Con Bolton, Ağ Evin aparat rəhbəri Con Kelli, Şimali Koreya tərəfdən isə Koreya Əmək Partiyasının sədr müavini Kim Yon Çxol, KXDR xarici işlər naziri Ri Yon Xo, Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Li Su Yonq - qoşuldular.

Tramp və Kim gözləntilərin əksinə olaraq gərgin görünmürdülər və bir-birinin yanında oturaraq olduqca rahat görünürüdülər.

Nələr müzakirə olundu?

Son onilliklərdə Şimali Koreya beynəlxalq insan hüquqlarının pozulması, beynəlxalq konvensiyaların şərtlərinə zidd olaraq nüvə silahı və onların çatdırılma vasitələrinin əldə etmək cəhdləri səbəbindən sanksiyalar altında beynəlxalq aləmdən təcrid edilib. ABŞ əsas şərt olaraq KXDR-in nüvə silahlarından tam imtina etməsini və döyüş başlıqlarını üçüncü bir ölkəyə ötürülməsi prosesinə başlamasını tələb edir. Prosesin davamlı olaraq beynəlxalq ictimaiyyət tərəfindən nəzarətdə saxlanılması da ABŞ tərəfindən irəli sürülən əsas şərtlər siyahısına daxildir.

Bunun şərtlərin yerinə yetiriləcəyi təqdirdə Pxenyanın nə tələb etdiyi hələ dəqiq məlum deyil. Koreya xəbər agentliyi KCNA planlaşdırılan görüşdən öncə bildirirdi: "Dəyişən dövrün tələblərinə uyğun olaraq KXDR və Amerika Birləşmiş Ştatları arasında yeni əlaqələrin qurulması, Cənubi Koreya ilə sülhün əldə olunması və nüvə silahsızlaşdırılması məsələlərinin müzakirəsi gözlənilir".

Amma düşünürəm ki, KXDR eyni nüvə sılahsızlaşdırılmasını Cənubi Koreyadan da tələb edə bilər.

Vaşinqton nüvə məsələsində müsbət nəticə əldə edərsə, Pxenyan əleyhinə beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması və Şimali Koreyanın iqtisadiyyatına investisiyaların yatırıla biləcəyini, Kim Çen In isə bu il əvvəlində xalqa müraciət edərək, ölkənin iqtisadi inkişafını prioritet sahə etməyi planlaşdırdığını bildirdi.

Lakin ABŞ sanksiyalarını tədricən ləğv edilə biləcəyini vurğulayır, yəni proses zamana bağlanmır, bu isə çox uzun müddət davam edə bilər. Əgər bu danışıqlar həqiqətən də uğurla başa çatarsa, bu sırf ABŞ dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik müşaviri Con Bolton çütlüyünün real imkanlarını göstəricisi hesab edilməlidir.

Sammitin nəticələri

Donald Tramp və Kim Çen In arasındakı sammit, tərəflərin yekun sənəd imzalaması ilə başa çatdı. ABŞ və Şimali Koreya liderləri müvəffəqiyyətli sammit üçün bir-birlərinə təşəkkür etdilər.

ABŞ prezidentinin sözlərinə görə, Sinqapurda çox tərəfli bir sənəd imzalanıb: "Biz çox əhəmiyyətli və olduqca əhatəli bir sənəd imzaladıq. Biz bu sənədi imzalamaqdan şərəf duyuruq". Tramp söz verib ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi çox tezliklə başlayacaq.

KXDR-in lideri isə tarixi sammitin nəticələrindən sonra dünyanın böyük dəyişikliklər görəcəyini bildirib.

"Dünyada böyük dəyişikliklər olacaq, bu görüşə görə Prezident Trampa təşəkkür edirəm", - deyə Kim Çen In bildirib.

Münasibətlərin bundan sonra əvvəlkindən köklü surətdə fərqlənəcəyi şübhəsizdir. İndi isə Kim Çen Inın Ağ Evə, Trampın isə Pxenyana səfərini gözləmək qalır.

Artıq bütün ictimaiyyət, xüsusilə Koreya yarımadası nisbətən rahat nəfəs ala bilər. Prosesin uğurla başa çatması növbəti Nobel Sülh mükafatının sahibini də müəyyən edə bilər.

İkitərəfli görüşdə dövlətlər arasında birbaşa diplomatik kanalların açıq saxlanılmasına qərar verilib. Yüksək ehtimal dərəcəsi ilə deyə bilərəm ki, hazırda Koreya yarımadasının yeni bir dövrünün başlanğıcına şahidlik edirik.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: KXDR   ABŞ   Tarixi-görüş  

Qlobal dəyişikliklərə doğru: Tramp-Kim görüşü “Nobel”i kimə qazandıracaq? – ANALİZ

2018/06/16_18345488352.jpg
Oxunub: 4872     15:52     12 İyun 2018    