“Polonez”lər Azərbaycanda: Ermənistan hərbi rəhbərliyi təşviş içində - ANALİZ

2018/06/23_1528704782_4586120829.jpg
Oxunub: 10935     12:47     11 İyun 2018    
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Açılış zamanı, dövlət başçısı döyüş texnikası parkında hərbi texnikaya baxıb. Ali Baş Komandana əməliyyat-taktiki raket kompleksi olan “Polonez” barədə məlumat verilib və bununla da bu komplekslərin ölkəmizə gətirilməsi təsdiqlənib. Məsələnin tarixinə bir az öncədən başlayaq.

2016-cı ildə Qarabağda Ermənistan və Azərbaycan orduları arasında cəbhə münaqişəsindən sonra Ermənistan rəhbərliyi öz lokal məğlubiyyətinin səbəbini strateji müttəfiqi olan Rusiyanın üzərinə yıxmağa çalışdı. Moskvanı Azərbaycanı silahlandırmaqda günahlandırmağa başladılar. Ermənistanda olan Qərb ölkələrinin əlaltıları öz mətbuat orqanlarında Rusiyaya qarşı təbliğatı kəskinləşdirdilər. Azərbaycan cəmiyyəti isə öz qüvvələrinə inam hissi əldə edərək hökumətimizdən Ermənistana hərbi təyziqi gücləndirməyi tələb etməyə başladı.

Rusiya Ermənistan əhalisinə Qərblə separatçı danışıqların hansı riskə malik olduğunu hiss etdirəndən sonra, keçmiş status-kvonu qismən də olsa, bərpa etmək niyyətinə düşdü. Bu məqsədlə Ermənistan ordusuna “İsgəndər-E” operativ-taktiki raket sistemini verdi.

Ermənistanın Rusiyayönlü mətbuatı şişirdilmiş eyforik əhval-ruhiyyəli məqalələrlə çıxış etməyə başladı. Bu işdə onlara “İsgəndər” OTR kompleksinin Rusiya mətbuatında gedən reklam yazıları yaxından kömək edirdi. Rusiyanın hərbyönlü mətbuatının daxili auditoriyaya və qərbin kütləvi seçicisinə hesablanan, bəzən fizika qanunlarını tam inkar edən yazıları erməni təbliğatçılarının tükənməyən fantaziyasını qidalandırmağa başladı. Onlar Azərbaycan mətbuatının savadsız və panikaçı seqmentinə, onun auditoriyasına psixi təsir etməyə başladılar.

Bir neçə il əvvəl Belarus mətbuatı ölkələrində yardılan “Polonez” sisteminin təbliğatına başlamışdı. Məncə, bu təbliğatda Belarusiya silah satışından daha çox Rusiyaya təyziq məqsədi güdürdü. Çünki Belarusun “İskəndər-M” raketlərini almaq təklifinə Rusiya müəyyən səbəblərdən mənfi cavab vermişdi. Rusiya hökümətini Belarus hökümətinin müstəqil siyasət yeritməsi ehtiyatlandırır. Formal olaraq, Rusiya və Belarusiya konfederativ dövlət qurmaq qərarı versələr də, onların rəhbərləri bir-birindən ehtiyat edir. Azərbaycanın bəzi müstəqil hərbyönlü mətbuatı Belarus hökuməti ilə Azərbaycan hökumətinin yaxın hərbi-texniki və maliyyə əlaqələrinə istinad edərək bu silahın bizdə olacağına özlərini və auditoriyalarını inandırmağa başladılar. İlk baxışdan belə bir qərar məntiqli olardı və oldu da…

“Polonez” sistemlərini nəzərdən keçirək

Bu kompleks barədə Belarus prezidenti Lukaşenkonun bu il fevralın 22-də milli Silahlı Qüvvələrin 100 illik yubileyinə həsr olunan mərasimdə dediyi sözlərə istinad etmək istərdim: “Belarus ordusunun sahib olduğu yerli istehsal yüksək dəqiqlikli silahların ilk nümunəsi, "Polonez" sistemi oldu. 2017-ci ilin oktyabında keçirilən sınaqlar zamanı təxminən 300 km məsafədə olan hədəflərin vurulması "Polonez"in imkanlarını təsdiq etdi. Bu sistem ekspertlərin bütün gözləntilərini üstələdi. Kompleks bir çox xarici dövlətlər tərəfindən tələb olunur. Hazırda biz bu yüksək dəyərli komplekslə dünyanın bir neçə ölkələrini və öz ordumuzu təchiz etmək üçün istehsal prosesini təşkil etmişik".

Bu istinadda qeyd olunan "xarici dövlərlər" içində Azərbaycanın da olması dövlətimizin Ordunun atəş gücünün artmasına yetirdiyi diqqətin bir nümunəsidir.

Xatırladaq ki, klassifikasiyasına görə, bu sistem operativ-taktiki raket sistemi deyil, uzaq mənzilli yaylım reaktiv atəş sistemidir. Belarus paradında hərbi texnika həvəskarları bu sistemin raket konteynerlərinin ölçüsünü, mərmilərin formasını analiz enəndən sonra belə nəticə çıxarıblar ki, Belarus özünün MZKT-7930 yüksək keçim qabiliyyətli şassilərinə Çinin “China Academy og Launch Vehicle Technology” şirkətinin istehsalı olan 301 millimetr kalibrli “A200” raletini dairəvi və yer bucağı üzrə hərəkət edən paket üzərində yerləşdiib. “A200” çox ehtimal ki, Çinin WS-1B raketinin ixrac adıdır. Həmin raketlər Türkiyənin “Qasırğa” sistemində işlənən WS-1 raketinin təkmilləşmiş formasıdır. Çin bu raketləri Türkiyənin “Yaquar” yaylım atəş sistemi üçün ixrac edəcək.

“Polonez” raket sistemləri, Çinin CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin А-200 RYAS-ının dörd oxlu 8х8 formullu МZKT-7930 daşıyıçısının üzərindəki versiyasını əks etdirir. OTRK bazası qismində də eyni Belarusun МZKT zavodunun 7930 markalı daşıyıcısı çıxış edir.

Sistemin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. RYAS 8 dəqiqə ərzində atəşə hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 8 fərqli hədəfə zərbə endirə bilər. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində diviziona daxil xüsusi maşın vasitəsilə aparılır.

Sistemin 301 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm, çəkisi isə 750 kq çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 “Polonez”-dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox deyil, bu isə RYAS üçün ideal göstəricidir. Bu o deməkdir ki, bir "Polonez" düşmənin taktiki dərinliyində istənilən 8 kritik hədəfi ayrı-ayrılıqda məhv etmək qabiliyyətindədir. “Polonez”lərdə istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu RYAS yeni OTRK keyfiyyətinə keçməsi ilə nəticələnib. Bunun səbəbi isə M20 raketlərində kombinə edilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi atəş məsafəsini 280- 300km-ə qədər artmasına da səbəb olub. 480 kq başlığın zərbə hissəsi 560 kq trinitrotoluolun ekvivalentinə bərabərdir.

Beləliklə, Azərbaycan Respublikasının Müdafiə nazirinin bu yaxınlarda Belarusa etdiyi rəsmi səfərindən və keçirdiyi görüşlərindən sonra, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə OTRK keyfiyyətlərinə malik “Polonez” RYAS kompleksinin tədarükü məsələsini tam həllini tapdı.

Silahlı Qüvvələrimizdə ən azı bir ədəd artilleriya divizionunun “Polonez”lə təchiz ediləcəyini, yəni azından bu kompleksin 18 ədəddən ibarət dəstini qəbul edəcəyimiz gözlənilir. Komplekslər iki həftədən sonra Bakıda keçiriləcək Milli Ordunun 100 illiyinə həsr edilən Hərbi Paradda, digər yeni silah və texnikalarla birgə nümayiş olunacaq.

Ordu.az

Teqlər: Polonez   Azərbaycan-Ordusu  

Xəbər lenti

“Polonez”lər Azərbaycanda: Ermənistan hərbi rəhbərliyi təşviş içində - ANALİZ

2018/06/23_1528704782_4586120829.jpg
Oxunub: 10936     12:47     11 İyun 2018    