Somalidə ABŞ əsgərlərinə hücum: 1 ölü, 4 yaralı

2018/06/0654984684_1528521727.jpg
Oxunub: 3826     13:17     09 İyun 2018    
Somalidə fəaliyyət göstərən Amerika Xüsusi Əməliyyatlar əsgərləri terrorçuların hücumuna məruz qalıblar.

Ordu.az “Telegraph” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əsgərlərə minaatanlardan hücum edilib. Hücum nəticəsində əsgərlərdən biri həlak olub, dördü isə yaralanıb.

Qeyd edək ki, bu Afrikadakı ABŞ əsgərlərinin itkisinə dair oktyabrdan sonra ilk xəbərdir. Oktyabr ayında Nigerdə hücuma məruz qalan 4 ABŞ əsgəri həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   ABŞ   Terror  


Bizi "telegram"da izləyin