Tramp dövründə silahlı PUA-lardan istifadə artıb

2018/06/received_2557334681159351_1528474504.jpeg
Oxunub: 1908     00:07     09 İyun 2018    
Tramp administrasiyası dövründə Birləşmiş Ştatlar tərəfindən silahlı PUA-lardan istifadədə artım müşahidə edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Stimson Center” araşdırma mərkəzinin yeni araşdırmasında qeyd olunub.

Məlumatda qeyd olunur ki, Tramp komandanlıqlara dronlardan Ağ Evin icazəsi olmadan istifadə üçün daha geniş səlahiyyətlər verib.

Pentaqon bildirir ki, bu, komandirlərə real zaman çərçivəsində daha effektiv qərar qəbul etmə və itkilərə qarşı əngəl olma imkanı təmin edir. Araşdırmanın nəticəsində görə, onsuz da Obama dövründə artmaqda olan dronlardan istifadə Tramp dövründə əlavə sürət qazanıb.

Belə ki, müqayisə üçün qeyd edək ki, 2009-2016-cı illərdə ərzində Obama Pakistan, Yəmən və Somalidə olmaqla 550 dəfə dron hücumuna göstəriş verib. Bu rəqəm Trampın ilk ilində azı 80 dəfə olub. Bu isə tempinə görə, Obama dövründən daha böyük göstəricidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   PUA  


Bizi "telegram"da izləyin