Xocalıda çox sayda cəsəd görəndə, and içirəm, utandım - ORDU.AZ-a MİNSKDƏN

2018/06/1527483779_1524895678_1524041200_235652_1528272884_1528284091.jpg
Oxunub: 10196     19:15     06 İyun 2018    
Redaksiyadan: Bir neçə gün öncə, Belarusiyanın “Politruing” saytında, 1980-ci illərin sonunda, A. Matvienkonun Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə (indi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinə) səfəri barədə xatirələri dərc olundu. Biz bu səfər haqda daha geniş məlumat almaq üçün Anatoli Matvienkonu axtarıb tapmağı özümüzə borc bildik. Anatoli Yevgenyeviç istəyimizi həvəslə qarşılayaraq, suallarımızı cavablandırdı.

Ordu.az Belarusiyalı yazıçı, hüquqşünas Anatoli Matvienko ilə müsahibəni təqdim edir.

- Xahiş edirəm, Ermənistan-Azərbaycan münaqişəsi zonasına nə vaxt və hansı şəraitdə gəldiniz? Münaqişə zonasına gələrkən nə gördünüz?

- Əvvəlcə 1988-ci ilin payızında İrəvana, SSRİ Daxili İşlər Nazirliyinin Minsk DİN-in Ali Məktəbinin müəllim və tələbələrindən ibarət Daxili İşlər Nazirliyinin xüsusi taborunun taqım komandiri kimi getməli idim. Getməymiz çox uzanırdı, son gecikmə Ermənistanın şimalında baş verən zəlzələ ilə əlaqədar idi. Xatırlayıram ki, biz onda yaralı ermənilər üçün isti paltar, ədyal, yastıq və s. toplayırdıq.

Bu həyəcanlı vaxtlarda, bəzi zabitlərin rəhbərliyi altında, çavuş-dinləyiciləri Minskin küçələrində patrul xidməti aparmaq üçün göndərirdilər. Və biz bir dəfə, soyuq asfaltın üzərində karton salib paltar satan iki qafqazlını görürdük. Heç kəs heç nə almırdı, daha sonra satıcıları döyməyə başladılar. Birinin burnunu sındırdılar. Çavuşlarıma davanı dayandırmağa əmr etdim, çünki humanitar yardımın satılması kimisə döymək üçün əsas vermirdi. “Tacirlər” mallarını ataraq qaçdılar.

Ümumiyyətlə, mənim bölüyüm Ermənistanın cənubuna, Yexeqnadzora, 1988-ci ilin dekabr ayının sonunda gəldi. Orada Azərbaycanlılar artıq yox idi və biz gələnə kimi onları qovub cıxardmışdılar.

Nə gördüm... Əsrarəngiz təbiət. Dağlar möhtəşəm idi. Bütün ictimai binalarda və xüsusi evlərdə zəlzələnin izləri görünürdü. Dövlətin inşa etdiyi binalara ayrılan sementi o qədər oğurlamışdılar ki, binalar çəkmə zərbəsinə belə davam gətirmirdi. Yarı uçuq elektrik stansiyasının binasında kazarmalar qurduq.

Heç bir hərbi əməliyyatlar həyata keçirilmirdi. Patrul xidməti, komendant saatı... Ermənilər bizə qarşı çox yaxşı davranırdılar. Yalnız bir mənfi cəhət var idi. Zvartnots hava limanında baş verən iğtişaşları dayandırmaq üçün, xüsusi vəzifə yetirən zaman öldürülən komandirin taqımını mən qəbul etdim. O vaxt ölən zabit vəzifə başında deyildi, sadəcə küçədə idi. Avtomobillərin arasından bir “Volqa” cıxdı və slavyan görünüşlü, polis formasında olan şəxs onu vurdu və o, öldü. Bu hadisədən sonra mənə qarşı olan xoş rəftara şübhə ilə yanaşımağa başladım.

- Müsahibədən öncə söhbət edəndə, qeyd etdiniz ki, Qarabağa ezam edilən zaman silahlılar Şuşaya gedən yolun körpüsünü partlatdılar. Körpünü partladanları müəyyən etmək mümkün oldumu?

- Şuşa körpüsü Stepanakertdəki (Xankəndi-red) kazarmadan bir neçə kilometr kənarda yerləşir. Azərbaycan bu şəhərə deyəsən başqa ad verib? Lakin o zaman şəhərin adı Stepanakert idi, icazə verin mən də müsahibədə köhnə adı deyim. Möhkəm gurultu səsi gəldi, ev sanki silkələndi, bir neçə pəncərə sındı. Şuşanın təminatı həyata keçirilirdi, lakin yol uzanırdı. Mənim taborum həmin körpünü qorumurdu.

- Bu hadisələrin bir çox şahidləri mənə deyirdilər ki, Qarabağ fövqəladə vəziyyət rayonunun komendatlığı Qarabağa Ermənistandan gələn kütləvi iğtişaşçıları və təxribatçıları həbs edə bilib, sonra isə Rostova göndəriblər. Lakin sonradan onlar möcüzəli şəkildə azad oldular. Sizin fikirinizcə, belə hallar niyə baş verirdi?

- Mənim yanımdakı Stepanakertin (Xankəndi)-nin aşağı hissəsində Daxili İşlər Nazirliyinin rayon şöbəsinin binasında yerləşən filtrasiya punktuna, yalnız ciddi pozuntulara yol verməyən, məsələn komendant saatı və s. kimi kiçik qanun pozucularını təslim edirdilər. Başqa sözlə desək, görünüşdə “ot yeyənləri”. Tutulanların əksəriyyəti ermənilər idi. Azərbaycanlını gətiridilərsə, onda onları mütləq Azərbaycan kəndinə aparmalı idilər. Stepanakertin (Xankəndinin) ortasında azərbaycanlını ermənilərin arasına buraxmaq haqqında söhbət gedə bilməzdi.

Rostova köçürülməyə gəlincə, heç bir şey deyə bilmərəm, yalnız fərziyyəni bölüşəcəyəm: dövlət idarəetmə sistemi dağılırdı, heç kim qlobal siyasi qərarlar qəbul edə bilmirdi, buna görə hər kəs minimal müdaxilə prinsipindən çıxış edirdi.

- Sizin fikrinizcə, 1988-1991-ci illərdə Mərkəzi hakimiyyət nə üçün münaqişənin törədilməsinə maneə törətmədi? Və ya istəmədi?

- Mərkəzi hakimiyyət ümumiyyətlə heç bir prosesə mane ola bilmirdi. Həttda öz süqutuna belə. Bizə, aşağı səviyyəyə, əmrlər xaosun exosu kimi ziddiyyətli şəkildə gəlib catırdı. Patrizan müharibəsi genişmigyaslı müharibəyə keçirdi. Və əgər nəsə tətbiq olunsaydı belə onun xeyri olmayacaqdı, dərman xəstəlikdən daha ağır olacaqdı. Tbilisidəki mühəndis bellərini və ya Vilnüsdə yerləşən tankları xatırlayın.

- Siz Xocalıdada olmusuz? Yerli əhalinin qırğınının kadrlarını gördüyünüzdə nə hisslər yaşadınız? Belə qəddarlıq nəyə lazım idi?

- Mən çox utandım, Stenapanakertdə (Xankəndində) olduğum bütün aylar ərzində mənə yad olan bu münaqişədən, düşmənçilikdən uzaq olmaq, evə getmək isdəyirdim. Ermənilərin əksəriyyəti bizə xoş rəftar görsədirdilər, bacardıqları dərəcədə kömək edirdilər. Gecə isə qorunan obyektləri atəşə tuturdular. Əlbətdə bütün bunlardan uzaq olmağı arzu edirdik. Xocalıya aid kadrlarda öldürülənləri televizorda görənda and içirəm... bunu 1989-cu ildə belə bir şeyin baş verəcəyini bilsəydim dərhal istefamı tələb edərdim. Bundan əlavə, Xocalı faciəsində bizim ordu bölmələrimizin iştirak etdiyini eşitdiyim zaman üç qat utandım. Sovet İttifaqı artıq dağılırdı, söhbət Rusiya bölmələrindən gedirdi.

Cinayətin qurbanları haqqında danışarkən, televizorda brezentin arasında bir yaşlı kişi və bir qadını göstərdilər. Adlarını heç eşitməmişəm. Məncə, onları tanıyıram. Bir dəfə Xocalıya məhbus aparanda getmişəm, onda görmüşdüm.

Və daha çox. Ermənilər, adi insanlardır. Əlbəttə, müəyyən xüsusiyyətləri ilə. Lakin Stepanakertdə (Xankəndi) olanlar başqa düşüncədə idilər, sanki təbliğatla tam dolu formada idilər. Yaşlı insanlar daha rahat idi, daha təmkinli olduqları hiss olunurdu. Gənclər isə, hər yerdə gəncdir.

Onları kim təbliğ edirdi... Siz onları adbaad tanıyırsız.

Buna görə də utanc hissi var. Ümumiyyətlə, SSRİ Daxili İşlər Nazirliyinin taborlarını münaqişə zonasından çəkdikdə, nə baş verə biləcəyini hər kəs başa düşürdü. Lakin ermənilərin qarşısını almadılar. Guya ki, bizə aid deyil. Buna görə də, Xocalıya görə yalnız silahsız kəndlilərə atəş açan alçaqlar deyil, hamımız Allah qarşısında məsuliyyət daşıyırıq.

Siz Qarabağı nə vaxt tərk etdiz? Münaqişənin gedişatını izləyirdinizmi?

- 1989-cu ilin noyabrnda. Bəli izləyirdim. Təəccüblənirdim ki, niyə Azərbaycan Ordusu Dağlıq Qarabağın hüdudlarından kənarda geniş əraziləri itirdi və yalnız bir hissəsini geri qaytara bildi. İndi də izləyirəm. Müharibə və yeni insan itkisinin olmasını arzu etmirəm. Lakin onu da başa düşürəm ki, status- kvo münaqişənin hər iki tərəfinə də uyğun deyil, ermənilər Qarabağın müstəqilliyinin tanınmasını, azərbaycanlılar isə Azərbaycan Respublikasının sərhədləri daxilində nəzarəti bərpa etməyi düşünürlər. Buna görə də, belə bir vəziyyət əbədi davam edə bilməz.

Mən sizin torpağınıza və Qafqazın bütün xalqlarına sülh arzulayıram.

Bəhram Batıyev
Ordu.az

Teqlər: Qarabağ   Xocalı  

Xocalıda çox sayda cəsəd görəndə, and içirəm, utandım - ORDU.AZ-a MİNSKDƏN

2018/06/1527483779_1524895678_1524041200_235652_1528272884_1528284091.jpg
Oxunub: 10197     19:15     06 İyun 2018    