Ay ərzində MN-lə ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər - HESABAT

2018/06/12312_1525770639_1526102816-(1)_1526622716_1526882602_1526993477_1527095265_1527574292_1528099153.jpg
Oxunub: 2085     15:59     04 İyun 2018    
Kütləvi informasiya vasitələrində yayımlanması məqsədilə may ayında Müdafiə Nazirliyi tərəfindən 163 rəsmi məlumat, 758 foto, 10 videomaterial hazırlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, AzTV, ITV, CBC, ARB televiziya kanalları, “Azərbaycan” qəzeti və Ordu.az saytı tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılması və məqalələrin hazırlanması üçün icazə məktubları verilib.

Bundan əlavə, Bolqarıstanın BTV və Qətərin “Əl-Cəzirə” televiziya kanallarının əməkdaşları, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə gəlmiş indoneziyalı jurnalistlər, eləcə də Niderlanddan olan müxbirlər cəbhə bölgələrinə səfər edərək bu istiqamətdə xidmət edən hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub, Ermənistan ordusunun xarabalığa çevirdiyi evlərin dağıntılarına baxıb, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər.

Ay ərzində televiziya və informasiya agentliklərinin nümayəndələri Müdafiə Nazirliyi tərəfindən təşkil edilən 15 tədbirin işıqlandırılması üçün dəvət alıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   İctimaiyyətlə-əlaqələr  


Bizi "telegram"da izləyin