"Trampın vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü baş tuta bilər" - EKSPERTLƏR

2018/05/324_1527353802.jpg
Oxunub: 4499     20:39     26 May 2018    
"Şübhəsiz ki, Trampın bəyanatının arxasında bir arzu var: münaqişənin əsas vasitəçisi kimi, məsələnin həlli istiqamətində təşəbbüslə çıxış etmək. Bir çox format müzakirə edilə bilər. Lakin Vaşinqtonda Trampın vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşünün təşkili və Qərb diplomatları tərəfindən son illərdə ən çox danışılan nizamlanma paket sənədlərində irəliləyiş əldə edilməsi ən müvəffəqiyyətli addım ola bilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubu şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ prezidentinin hansı istiqamətdə hərəkət edəcəyini demək çətindir.

"Trampın məktubunun məzmunundan aydın olur ki, ABŞ prezidentinin "Mən sizinlə əməkdaşlıq etməyi gözləyirəm" deməklə Əliyevdən müəyyən gözləntiləri var", - deyə Tarasov qeyd edib.

Digər rusiyalı politoloq Aleksandr Skakov isə hesab edir ki, ABŞ-ın təşəbbüsü müsbət nəticə verməyəcək. Bundan başqa, o, bütün əvvəlki yüksək səviyyəli zirvə görüşlərinin aqibətilə, bunun da taleyinin eyni olacağına əmin olduğunu bildirib.

"Ümumiyyətlə istənilən hakimiyyət, bölgədə münaqişənin daha dərin köklərinin olduğunu təsəvvür etmədən, bu sahədə irəliləyiş əldə edə biləcəyini düşünür", - deyə Skakov qeyd edib.

Skakovdan fərqli olaraq, amerikalı politoloq Pol Qobl hesab edir ki, hər bir istənilən təşəbbüs, xüsusilə də ABŞ tərəfdən göstərilən diqqət münaqişənin həlli üçün real imkanlar yaradır.

"Mən çoxdan demişəm ki, ABŞ bu regionda mövcud münaqişələrin həll prosesində iştirak etməlidir. Mən, Tramp tərəfindən təşəbbüs siyasətinin zəruriliyini düşünürdüm, çünki diqqətsizlik baxımından təhlükəli meyllər görürdüm. Xoşbəxtlikdən ABŞ prezidenti yeni bir fürsətdən danışır. Ümid edək ki, Amerika vasitəçiliyi yüksək səviyyəli prezident görüşləri və həll prosesinə səbəb olacaq.

Göründüyü kimi, Trampın xarici siyasətinin məqsədi Cənubi Qafqazda və digər bölgələrdə Amerikanın varlığını bərpa etməklə yanaşı, itirilmiş zamanı geri qaytarmağa çalışmaqdır", - deyə Pol Qobl bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Tramp   Qarabağ   İlham-Əliyev   Paşinyan  

Xəbər lenti

"Trampın vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü baş tuta bilər" - EKSPERTLƏR

2018/05/324_1527353802.jpg
Oxunub: 4500     20:39     26 May 2018    