Türkiyə müdafiə sənayesinin ötən ilki göstəriciləri - HESABAT

2018/05/received_2546701352222684_1527353551.jpeg
Oxunub: 3533     20:54     26 May 2018    
Ötən həftə Türkiyənin Müdafiə və Aerokosmik Sənayesi İstesalçıları Assosiasiyası 2017-ci il üçün əldə edilən nəticələri açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabata əsasən 2017-nin ümumilikdə sektor üçün uğurlu il olduğunu demək olar.

Sektroun ümumi dövriyyəsi təqribən 6,7 milyard dollar olub ki, bu da 2016 ilə müqayisədə 12% artım deməkdir. Bunun ən böyük hissəsi, daha dəqiq desək, 2,4 milyard dolları quru vasitələri və sistemlərinin payına düşür.

İkinci yerdə hərbi aviasiya məhsulları gəlir – 1,13 milyard dollar. Sonrakı yerləri tutan silahlar, sursat və raketlər 828 milyon dollar, mülki aviasiya məhsulları 650 milyon, dəniz malları 569 milyon, hərbi təmir 171 milyon, logistika 134 milyon dollar dəyərində gəlir gətirib. “Digər” kateqoriyası adı altında isə 650 milyon dollar göstərilib.

İxracın dəyəri 1,82 milyard dollardır ki, bu da 2016-cı illə müqayisədə 6,6 azalma deməkdir. Bunun sadəcə 684 milyon doları birbaşa istifadəçilərə satılan son məhsuldur. Geri qalanı isə xarici kompaniyalara satılan sonradan emal olunacq məhsullar olub. İxrac 2014-dən etibarən azalma tendensiyasını ötən ildə davam etdirib.

Əksinə, idxal isə artmaqdadır. 2017-ci ildə idxal bir öncəki ilə nəzərən 20% qalxaraq 1,54 milyard dollar həcminə çatıb. İdxalın yarısına yaxını Avropadan, 35%-i isə Birləşmiş Ştatlardan edir.

2017-ci ilin sonuna olan göstəricilərə görə, sektorda 44740 nəfər çalışır. Bu 2016-cı ilin göstəricisindən 30% çoxdur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   ABŞ  

Xəbər lenti

Türkiyə müdafiə sənayesinin ötən ilki göstəriciləri - HESABAT

2018/05/received_2546701352222684_1527353551.jpeg
Oxunub: 3534     20:54     26 May 2018    