“Aero Vodochody” İraqı L-159T1-lə təchiz edib

2018/05/received_1182164721926474_1527350822.jpeg
Oxunub: 2589     20:05     26 May 2018    
Çexiyanın “Aero Vodochody” şirkəti İraq Hərbi Hava Qüvvələrini L-159T1 təlim-döyüş təyyarələri ilə təchiz edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarənin təhvil alınmasına dair təntənəli mərasim İraq Hərbi Hava Qüvvələrinin “Balad” aviabazasında baş tutub.

Təchizat İraq ordusuun L-159 təyyarələri ilə təchizatına dair müqavilə çərçivəsində yerinə yetirilib. İraq 15 ədəd təlim-döyüş təyyarəsinin təchizatına görə Çexiya şirkətinə 29,89 milyon dollar ödəyib. Digər təyyarələrin qarşıdakı 3 il ərzində təhvil veriləcəyi planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: İraq   Aero-Vodochody  

Xəbər lenti

“Aero Vodochody” İraqı L-159T1-lə təchiz edib

2018/05/received_1182164721926474_1527350822.jpeg
Oxunub: 2590     20:05     26 May 2018    