Ermənilər cəbhə xəttində yenidən yanğın törədib - Çıraqlı təhlükədə (FOTOLAR)

2018/05/4_6109313564.jpg
Oxunub: 4335     17:51     26 May 2018    
Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonun işğal altında olan Baş Qərvənd və Bayramlar kəndi ərazisinə od vurulması nəticəsində ərazidə böyük yanğın baş verib.

Ordu.az-ın Qarabağ bürosunun xəbərinə görə, ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovun tez bir zamanda böyüməsinə səbəb olub.

Məlumata görə, yanğın qısa müddət ərzində qoşunların təmas xəttini, sonra isə neytral zonanı ötərək Çıraqlı kəndi ərazisinə keçib.

Ərazidə taxıl zəmilərinin olmasını nəzərə alan əhali yanğınla mübarizəyə hazırlaşır.

Bundan başqa, kəndə yanğın söndürən briqadaların da cəlb ediləcəyi gözlənilir.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Ağdam   Yanğın   Təxribat  

Ermənilər cəbhə xəttində yenidən yanğın törədib - Çıraqlı təhlükədə (FOTOLAR)

2018/05/4_6109313564.jpg
Oxunub: 4336     17:51     26 May 2018    