İran MN: “İran raket gücünü təkmilləşdirməkdə davam edəcək”

2018/05/345345_1527320955.jpg
Oxunub: 2704     11:48     26 May 2018    
İranın Müdafiə naziri Əmir Hatəmi ölkəsinin raket proqramının təkmilləşdirilməsinin sürətləndiriləcəyini bildirib.

Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, Hatəmi bu barədə Milli Dezful Günü ilə bağlı qatıldığı tədbirdə danışıb.

O bildirib ki, ABŞ-ın nüvə sazişindən çıxması İranın müdafiə sənayesinə heç bir təsir yaratmayacaq. İranın bu vaxta qədər çox sayda sanksiya ilə üzləşdiyini xatırladan nazir nüvə sazişinin tətbiqi ilə sanksiyaların onsuz da qalxmadığını sadəcə məhdudiyyətlərlə əvəzləndiyini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Milli Dezful Günü hər il mayın 25-də İranda 1980-88-ci illərdə baş vermiş İran-İraq müharibəsi ərzində Dezful şəhərinin sakinlərinin mübarizəsinin xatirəsini yad etmək məqsədilə qeyd olunur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Hatəmi  

Xəbər lenti

İran MN: “İran raket gücünü təkmilləşdirməkdə davam edəcək”

2018/05/345345_1527320955.jpg
Oxunub: 2705     11:48     26 May 2018    