Daxili Qoşunlarda Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir keçirilib - FOTOLAR

2018/05/AXC-100-01_1527258159.jpg
Oxunub: 3109     18:18     25 May 2018    
Daxili Qoşunların Baş İdarəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Qoşunların mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə əvvəlcə Milli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin müşayiətilə Dövlət Himni ifa olunub.

Sonra “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişaf mərhələsi tarixi nailiyyətimizdir” mövzusunda çıxış üçün söz Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyevə verilib.

Belə bir əlamətdar gündə Daxili Qoşunların şəxsi heyəti qarşısında çıxış etməkdən qürur duyduğunu deyən məruzəçi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixin ən keşməkeşli illərində, mürəkkəb bir dövrdə meydana gəldiyini və çox çətin şəraitdə fəaliyyət göstərdiyini qeyd etdi. Diqqətə çatdırdı ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni yerinə yetirərək milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının yaradılmasına, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinə, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordunun yaranmasına nail oldu. Bu gün 100 illiyini qeyd etdiyimiz Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin baniləri istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik və dövlətçilik ənənələrini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Bu dövlət daha demokratik, daha ümumbəşəri nailiyyətlərə söykənən bir dövlət olub”.

Xalq Cümhuriyyətinin 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müasir Azərbaycan Respublikasına böyük bir miras qoyduğunu bildirən tarixçi diqqətə çatdırdı ki, XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğunun, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Milli Lider tərəfindən işlənib hazırlanmış mükəmməl siyasi islahatlar strategiyası müstəqil Azərbaycanın dünyanın aparıcı dövlətləri arasında nüfuzunun yüksəlməsinə zəmin yaratdı.

Bu gün Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla davam etdirildiyini xüsusi olaraq vurğulayan Ə.Şahverdiyev bu sahədə qazanılmış nailiyyətlərin qürur hissi doğurduğunu, respublikamızda siyasi-iqtisadi və sosial islahatların mütəmadi olaraq həyata keçirildiyini sözlərinə əlavə etdi.

Daha sonra tədbirin aparıcısı Milli Liderimizin müstəqil, demokratik Azərbaycanın hərtərəfli inkişafı fonundakı misilsiz xidmətlərini sadalayaraq, Dahi şəxsiyyətin dövlətçiliyimiz haqqında dediyi fikirlərlərlə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbiri yekunlaşdırdı: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Ordu.az

Teqlər:

Xəbər lenti

Daxili Qoşunlarda Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir keçirilib - FOTOLAR

2018/05/AXC-100-01_1527258159.jpg
Oxunub: 3110     18:18     25 May 2018    