“Rusiya dünya nizamının deqradasiya etməsinə yol verməyəcək” - Matviyenko

2018/05/456_1527249220.jpg
Oxunub: 2776     19:52     25 May 2018    
“Dünyadakı gərginliyə baxmayaraq dünya nizamının dağılması barədə danışmaq həqiqəti əks etdirməz”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bəyan edib.

“Gərgin zamandır. Bu, İkinci Dünya Müharibəsindən sonra ən gərgin dövrdür. Onilliklər ərzində formalaşan və qarşılıqlı etibara və etimada xidmət edən institutlar aradan qalxır. Lakin total etimadsızlıq barədə fikirlər həqiqəti tam əks etdirmir”, - deyə Matviyenko bildirib.

O qeyd edib ki, Qərb ölkələri Rusiya ilə münasibətlərdə praqmatikdir və dərk edirlər ki, Rusiya dünya nizamının deqradasiya etməsinə yol verməyəcək.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Dünya-nizamı  

“Rusiya dünya nizamının deqradasiya etməsinə yol verməyəcək” - Matviyenko

2018/05/456_1527249220.jpg
Oxunub: 2777     19:52     25 May 2018    