Erməni əsgərin ölümünə təhqir və zorakılıqlar səbəb olub

2018/05/657567_1527246570.jpg
Oxunub: 2934     19:07     25 May 2018    
Ölən erməni əsgərini təhqir etdiyinə görə post başçısına ittiham irəli sürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 4-də Ermənistandakı hərbi hissələrindən birinin döyüş mövqelərində ağız boşluğundan aldığı güllə yarasından ölən Artur Artyomi Qasparyanı təhqir etdiyinə görə həmin hərbi hissənin döyüş mövqeyindəki post başçısına ittiham irəli sürülüb.

"Məlum olub ki, o, xidməti vəzifə borclarını yerinə yetirərkən, əsgər Qasparyanı müstəsna qaydada alçaldaraq təhqir edib, həmçinin döyüş növbətçiliyinin aparılması qaydalarını pozma halları qeydə alınıb", - deyə istintaq materillarında qeyd edilib.

Post başçısına döyüş növbətçiliyi və ya döyüş xidməti aparılması qaydalarını pozma maddəsi ilə ittiham irəli sürülüb. Daha əvvəl intihar həddinə çatdıma maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, mayın 6-da Ermənistanın şimal-şərq hissəsində yerləşən “Mehrab” adlanan hərbi hissədə daha bir əsgərin Levon Torosyanın meyidi aşkar edilib. İstintaq idarəsində yenidən intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Erməni hərbi qulluqçunun yaxınları intihar işinə inanmırlar. “Sülh dialoqu” təşkilatının eksperti, zərərçəkənin hüquqlarının müdafiəçisi Ruben Martirosyan intihar faktını meyitin ekspertizasından sonra dərhal inkar edib. O bildirib ki, intihar faktı qeyri-mümkündür və onun bədəninin cinsiyyət orqanları nahiyyəsində ciddi xəsarətlər aşkar edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-əsgər   Ölüm   Zorakılıq  

Erməni əsgərin ölümünə təhqir və zorakılıqlar səbəb olub

2018/05/657567_1527246570.jpg
Oxunub: 2935     19:07     25 May 2018    