ABŞ Konqresi Trampın raketlərlə bağlı səlahiyyətlərini artırır

2018/05/34535_1527245747.jpg
Oxunub: 2985     14:52     25 May 2018    
ABŞ Konqresinin Nümayəndələr Palatası Pentaqonun büdcəsi barədə qanun layihəsinə ABŞ prezidenti Donald Trampın orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair müqaviləni dayandırmasına icazə verən bənd əlavə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yeni qəbul edilən qanun layihəsində bəhs edilir.

“Rusiya Federasiyasının orta və yaxın mənzilli raketlərin məhv edilməsi üzrə müqavilənin müddəlarını pozması ilə əlaqədar olaraq ABŞ prezidentinin müqaviləni dayandırmaq səlahiyyətinin müddəti artırılır”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, əgər bir il ərzində Tramp Konqresin Xarici Məsələlər və Silahlı Qüvvələrin Məsələləri Komitələrinə Rusiyanın yenidən müqavilənin icrasına qayıtdığı barədə məlumat verməsə, ABŞ-a qarşı da bu müqavilənin məhdudiyyətləri qüvvəsini itirəcək.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Tramp   ABŞ-Konqresi   Nüvə  

Xəbər lenti

ABŞ Konqresi Trampın raketlərlə bağlı səlahiyyətlərini artırır

2018/05/34535_1527245747.jpg
Oxunub: 2986     14:52     25 May 2018    