“KADEX-2018”: Qazaxıstan üçün “Arlan”lar sifariş verilib

2018/05/33_1527073629_1527245466.jpg
Oxunub: 3369     18:48     25 May 2018    
Qazaxıstanın güc strukturları üçün MRAP sinfindən olan əlavə “Arlan” zirehli maşınları sifariş verilib.

Ordu.az
“Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə “KADEX-2018” sərgisi çərçivəsində bəlli olub.

Məlumata görə, Qazaxıstan müdafiə və aerokosmik sənaye naziri Behbut Atamkulov yerli KİV-lərə müsahibəsində hazırda ölkənin güc strukturlarının 60 ədəd “Arlan” zirehli maşını aldığını bildirib və qeyd edib ki, daha 30 ədəd “Arlan”ın təchiz edilməsini gözləyir.

Əlavə edək ki, bu zirehli maşınların istehsalını həyata keçirən “Kazakhstan Paramount Engineering” şirkəti bu il “Arlan” PUA-sını “KADEX-2108” sərgisində təqdim edib. Bu zirehli maşınlar Cənubi Afrikanın “Paramount Group” şirkətinin “Marauder” avtomobillərinin uyğunlaşdırılmış versiyasıdır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: KADEX-2018   Arlan  

“KADEX-2018”: Qazaxıstan üçün “Arlan”lar sifariş verilib

2018/05/33_1527073629_1527245466.jpg
Oxunub: 3370     18:48     25 May 2018    