Paşinyan Hakopyanın cinayətlərinə göz yumdu - ETİRAZ

2018/05/345_1527235476.jpg
Oxunub: 2420     12:03     25 May 2018    
Ermənistanın sabiq baş qərargah rəisinin vəzifədən çıxarılaraq, yeni vəzifəyə təyin edilməsi hökumət binası qrşısında daim aksiya keçirən əsgər validenylərini hiddətləndirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçı valideynlər övladlarının ölüm işlərinin illərdir ört-basdır edilməsinə məhz Movses Hakopyanın səbəb olduğunu bildiriblər.

Movses Hakopyan 2007-2015-ci illər ərzində işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmənin komandiri olub.

"Qarabağda nə qədər ölüm işləri olurdusa, Movses Hakopyan onlara himayədarlıq edir və pul alaraq işləri gizlədirdilər. Onu işdən çıxartmaq yox, meydana gətirərək Qarabağda nə qədər ölən əsgər valideynləri varsa, hamısının qarşısına çıxarmalı idilər", - deyə 2010-cu ildə ölən erməni əsgəri Artur Qazaryanın anası İrina Qazaryan bildirib.

Ölən digər əsgər Arman Muradyanın atası Hovsep Muradyan isə oğlunun intihar etmədiyini və cinayət işinin ədalətli araşdırılmasını tələb etdiyini bildirib.

"2014-cü ildə Movses Hakopyan yalan arayış təqdim edərək, onları hərbi polisdə 10 gün saxlanıldığını bildirirdi. Lakin əslində onlar 43 gün hərbi polisdə saxlanılıb", - deyə o etiraz edib.

Muradyanın hüquqlarını təmsil edən ekspert Ruben Martirosyan isə bildirib ki, hərbi polisdə əsgərləri bu qədər uzun müddətə saxlanılmasının bir səbəbi olub, bu da təzyiq göstərməklə istintaq materialları üçün lazım olan ifadələrin alınmasına nail olmaqdır: "Movses Hakopyan birləşmə komandiri olaraq, istintaqın layiqincə aparılması və günahkar şəxslərin cəzalandırılmasında maraqlı olmalı idi. Ancaq Hakopyan prosesə zidd arayışlar verib".

Movses Hakopyanın adı daha bir qalmaqallı hadisədə də hallanır.

Belə ki, 2015-ci ildə işğal altında olan Qarabağ ərazisindəki hərbi hissələrdən birində ölən hərbi qulluqçu Harutyun Hambaryanın valideynləri qeyd edirlər ki, onların oğlunun cinayət işinin araşdırılmamasına əsas səbəblərdən biri, ölüm hadisəsinin Movses Hakobyanın "hərbi hissəyə nəzarət edən" qohumunun da daxil olduğu qrup tərəfindən törədilməsidir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Cinayət   Etiraz  

Xəbər lenti

Paşinyan Hakopyanın cinayətlərinə göz yumdu - ETİRAZ

2018/05/345_1527235476.jpg
Oxunub: 2421     12:03     25 May 2018    