Çin donanması gecə vaxtı aviadaşıyıcıya enmə təlimlərini tamamlayıb

2018/05/received_2532247933668026_1525452335_1527231390.jpeg
Oxunub: 2467     14:55     25 May 2018    
Çin Xalq Azadlıq Ordusu dəniz qüvvələrinin J-15 qırıcı təyyarələri gecə vaxtı “Liaoning” aviadaşıyıcısına enmə təlimlərini uğurla tamamlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə aviadaşıyıcı qrupu böyük döyüş qabiliyyəti nümayiş etdirib.

Bu nəticəni dəyərləndirən ekspertlər bildirir ki, gecə vaxtı daşıyıcıya eniş etmək təyyarələr üçün gündüz olduğundan olduqca çətindir. Bu, pilotdan böyük təcrübə və bacarıqla yanaşı, həm də fiziki hazırlıq tələb edir.

Çin pilotları ilk belə təlimlərini 2012-ci ilin noyabrında həyata keçirib. Həmin ilin sentyabrında “Liaoning” təmirə göndərilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Aviadaşıyıcı   Təlim  

Çin donanması gecə vaxtı aviadaşıyıcıya enmə təlimlərini tamamlayıb

2018/05/received_2532247933668026_1525452335_1527231390.jpeg
Oxunub: 2468     14:55     25 May 2018    