ABŞ Konqresi Pentaqonun nüvə layihəsini qəbul edib

2018/05/2341-Konqres_1527228895.jpg
Oxunub: 2450     10:12     25 May 2018    
ABŞ Konqresinin Nümayəndələr Palatası büdcə haqqında qanun layihəsini qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresi məlumat yayıb.

Məlumata görə, Pentaqonun yeni büdcəsinin 716 milyard dollar olması barədə razılıq əldə edilib. Bu məbləğin 617 milyard dolları bilavasitə Pentaqon üçün nəzərdə tutulub, digər pullar isə ölkə xaricindəki əməliyyatlar üçün ayrılıb.

Qanun layihəsi ilk növbədə hərbi qulluqçuların sayının təxminən 16 min nəfər artırılmasına yönəlib. Həmçinin hərbçilərin maaşları da 2,6 faiz artırılacaq. 40 milyard dollar isə Hərbi Hava Qüvvələrinin yenilənməsinə xərclənəcək. Büdcədən 65 milyon dollar kiçik güclü nüvə döyüş başlıqlarının yaradılmasına ayrılacaq.

Büdcə layihəsinə səsvermə prosesində isə vahid mövqe olmayıb. Nümayəndələr Palatasının 351 üzvü büdcə layihəsini dəstəklədiyi halda 66 üzv əleyhinə səs verib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Pentaqon   Büdcə-layihəsi  

Xəbər lenti

ABŞ Konqresi Pentaqonun nüvə layihəsini qəbul edib

2018/05/2341-Konqres_1527228895.jpg
Oxunub: 2451     10:12     25 May 2018    