Ukrayna milli “Javelin”in yaradılmasına başlayıb

2018/05/2081-Javelin_1527170490.jpeg
Oxunub: 2671     22:37     24 May 2018    
Ukrayna müdafiə sənayesi şirkətləri “Javelin”lərin milli analoqlarının yaradılması üzrə işlərə başlayıb.

Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

“Yeni yaradılan raketlər 5 kilometr məsafədəki hədəflərin dəqiqliklə vurulması üzrə ixtisaslaşacaq. T-72 tanklarının zirehlərinin dəlinməsi üzərində sınaqların aparılması ilə işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, qarşıdakı 3-4 il ərzində yeni komplekslər tam hazır vəziyyətə gətiriləcək. Yeni kompleks yalnız Ukrayna ordusunun təchizatı üçün nəzərdə tutulmayacaq, həmçinin onun ixrac versiyasının yaradılması da planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Javelin  

Ukrayna milli “Javelin”in yaradılmasına başlayıb

2018/05/2081-Javelin_1527170490.jpeg
Oxunub: 2672     22:37     24 May 2018    