Donbasda nə baş verir?| “Münaqişəni yaradanlar onu həll etmir, əksinə uzadırlar” – ANALİZ

2018/05/26894689722_9526d7ded7_b45_12094254512_1524028165_6108606180.jpg
Oxunub: 4559     12:42     24 May 2018    
Aprelin 30-da Donbasda ATO adlandırılan Terror Əleyhinə Əməliyyat Komandanlığı ləğv edilərək əvəzində, BQƏ adlandırılan Birləşmiş Qüvvələrin Əməliyyat qərargahı yaradıldı. Bundan sonra Ukraynanın şərqindəki döyüş əməliyyatları zonasında vəziyyəti idarə etmək və nizamlamaq BQƏ qərargahına həvalə olunub. Ukrayna Prezidenti Poroşenkonun əmri ilə BQƏ qərargahının Komandanı vəzifəsinə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanının müavini Sergey Nayev təyin edilib. Yeni qurum bu il mayın 1-dən fəaliyyətə başlayıb.

BQƏ qərargahına, Ukrayna Silahlı Qüvvələrinin birlik və hissələri ilə yanaşı, həm də Donetsk və Luqansk ərazisində yerləşən bütün hüquq-mühafizə orqanları (Daxili İşlər Nazirliyi, Milli Qvardiya və s.) tabe edilib. Qüvvələrin Komandanı tabeliyində olan Silahlı Qüvvələrin və digər güc nazirliklərinin hissələrinin yerləşdirilməsi və istifadəsi planını hazırlayaraq onu vahid mərkəzdən həyata keçirəcək. Birləşmiş Qüvvələrin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar birbaşa Poroşenkoya hesabat vermək hüququ var. Təbii, bu daha mütərəqqi bir formatdır. Birbaşa prezidentə çıxışı olan komandanın müxtəlif güc strukturlarına tabe olan birlik və hissələri idaretməsi daha effektiv olacaq.

Donbasdakı vəziyyət isə son günlərdə kəskin şəkildə gərginləşir. ATƏT-in müşahidəçiləri atəşkəsin pozulması hallarının artdığını qeydə alır.

Ötən həftə ərzində 7700 dəfə atəşkəsin pozulması halı qeydə alınıb. Bu isə təxminən hər dəqiqə atəşkəs pozulması deməkdir. Hər iki tərəf gündəlik artilleriya bombardmanı və təxribatlar nəticəsində itki verdiklərini bildirir. Rəsmi Kiyev və qondarma rejimlər münaqişənin alovlandırılmasında bir-birlərini ittiham edirlər. Qondarma rejim gərginliyin artmasını yaxınlaşan Dünya çempionatına bağlamaq istəyir. ATƏT-in əlaqələndirmə qrupunun rəhbəri Martin Saydik bəyanatında Ukraynanın şərqində, təmas xəttində artan gərginliyin daha böyüş itkilərə və dağıntılara səbəb olduğu bildirilir. O, hər iki tərəfin qəbul etdiyi öncəki ictimai öhdəliklərə uyğun olaraq atəşkəsə riayət etməyə, vətəndaşları qorumaq üçün mümkün olan hər şeyi etməyə, mülki infrastrukturun təmirini və fasiləsiz fəaliyyətini təmin etməyə çağırıb.

3 gün əvvəl mayın 21-də ATƏT-in Xüsusi Monitorinq Mərkəzinin rəhbərinin müavini Aleksandr Huk atəşkəs pozuntularının statistikasını açıqlayıb: "Ötən həftə bir çox parametrlər baxımından, bu ilin ən pis həftəsi idi. Ümumilikdə, biz 7700 dəfə atəşkəs pozuntularını qeydə aldıq. Bəzi günlərdə şiddət səviyyəsi bizim keçmişdə qaldığını düşündüyümüz münaqişənin aktiv mərhələsini xatırladırdı".

Mayın 20-dən 21-ə keçən gecə Qorlovka rayonunda (Donetsk vilayəti) vəziyyət son həddə qədər kəskinləşdi. Münaqişə tərəfləri təbii ki, bir-birlərini ittiham edirlər.

"Gün ərzində düşmən üç istiqamətdən hücum edərək azad edilən Pivdenni kəndinin cənubundan Ukrayna Birləşmiş Qüvvələrini sıxışdırmaq üçün çalışdı. Eyni zamanda Qorlovkinin mülki əhalisi arasında vahimə yaratmağa və Toretsku istiqamətini atəşə tutmağa cəhd etdilər. Nəticədə Ukrayna Silalı Qüvvələrinin iki əsgəri həlak olub, 9 əsgər isə yaralanıb", - deyə Ukrayna Birləşmiş Qüvvələrin əməliyyat və mətbuat mərkəzi məlumat yaydı.

Seperatçı Donetsk silahlı qruplaşmasından yayılan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin birləşmələri onların mövqelərinə maksimum yaxınlaşaraq döyüşlərə başlayıb. Gedən döyüşlərdə seperatçı rejimin bir əsgəri öldürülüb, 3 əsgəri isə əsir götürülüb.

Həmin gecə seperatçı Luqanskın işğalında olan Xrustalnıy və Luqansk arasındakı magistral yol üzərindəki körpü partladıldı. Körpünün dağılan aşırımları Rusiya sərhədindən Debaltsevo və Qorlovka rayonlarına gedən dəmir yol xəttini bağlayıb. Hazırda təchizat məsələləri problemə çevrilib.

Ukrayna hərbçiləri diversiya faktında əllərinin olmadığını bildirsələr də, hadisə ilə əlaqədar ruh yüksəkliyi ilə şərh verirdilər: "Bu körpünün məhv edilməsi qondarma rejimlərə və terrorçu qüvvələrə ətraf ölkələrdən silah və sursat çatdırılmasını qeyri-mümkün edəcək və ya çətinləşdirəcək", - deyə Ukrayna Birləşmiş Qüvvələrindən məsələyə münasibət bildirilib.

Qondama rejimlərin isə körpünün partladıldığı ərazidən dəmir və qəlpə qırıntıları taparaq Ukraynanı günahlandırması, diversiyada peşəkar hazırlığa malik qrupun iştirakını iddia etməsi heç nəyi dəyişmir. Son günlərdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini möhkəmləndirməyə çalışması normal haldır. Onlar Minsk razılaşmasının tələblərini pozmadan Qorlovka ətrafındakı hakim yüksəkliyi ələ keçirməyə çalışırlar ki, həmin ərazidən gələ biləcək təhlükələrin qarşısını alsınlar. Bu əslində hücum əməliyyatı da deyildi. Sadəcə potensial təhlükə mənbəyinin aradan qaldırılması desək daha doğru olardı. Ukrayna tərəfinin məlumatına görə, bu kiçik miqyaslı mövqe dəyişdirilməsində nə aviasiyadan, nə tanklardan, nə də iri çaplı artilleriyadan istifadə edilməyib. Qeyd edək ki, bu müvqelərin ələ keçirilməsi sonrakı əməliyyat şəraitinə ciddi təsiri edə bilər.

Əslində həmin ərazidə olan digər iki yüksəklik Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçsə, Qorlovka ərazisini seperatçılar dərhal döyüşsüz boşaldacaqlar. Çünki ətraf ərazilər ovucun içində qalır, buna görə separatçı rejimin əsgərləri mənasız yerə ölmək istəməyərək oradan dərhal çəkiləcəklər. Qorlovkanin azad edilməsi isə Debaltsevo və Yenakiyevo üzərinə hücum üçün strateji plasdarm yaradacaq. Beləliklə, Donetski "boğmaq" üçün halqa daralacaq.

Debaltsevoya nəzarət, Donetsk-Luqansk avtomobil və dəmir yollarının onların ərazisindən keçməsi səbəbilə hər iki qondarma qurumlar üçün həyati vacib əhəmiyyətə malikdir. Son döyüşlərdə Qorlovka yaxınlığındakı Cənub yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. ATƏT-in Rusiyalı daimi nümayəndəsi Aleksandr Lukaşeviç Donbasdakı son hadisələrın Təşkilatının Daimi Şurasının 31 mayda keçiriləcək növbəti iclasında müzakirə ediləcəyini bildirib. Kiyev isə qondarma rejimlərlə danışıqlardan haqlı olaraq imtina edir.

Birləşmiş Qüvvələrin Əməliyyat qərargahının yeni yaradılmasına baxmayaraq, 20-gün içində ciddi dəyişikliklərə nail olması müsbət addımdır. Əlaqə yollarının kəsilməsi, körpülərin sıradan çıxarılması, dəmir yollarının iflic olması, vacib strateji yüksəkliyin itirilməsi təbii ki, separatçı rejimləri və havadarlarını narahat edir.

Hesab edirəm ki, Azərbaycan, Moldova, Ukrayna və Gürcüstan eyni mənbədən qaynaqlanan separatizmdən əziyyət çəkən ölkələr kimi bu istiqamətdə səylərini birləşdirməlidir. Heç bir dünya çempionatı, yarışlar, müsabiqələr, seçkilər və s. işğal altında olan torpaqların azad edilməsi istiqamətində atılacaq addımları və prosesləri ləngitməməlidir. Təsəvvur edin ki, seperatizmdən əziyyət çəkən adı çəkilən və çəkilməyən ölkələr ortaq qüvvələr və ya koordinasiya mərkəzi yaradır, ən azından eyni vaxtda sinxron əməliyyatlara başlayır. Bu, həm dünyanın diqqətini cəlb etmək baxımından, həm havadaların müdaxilə və dəstək imkanlarını məhdudlaşdırmaq baxımından, həm də torpaqların mümkün qədər tez azad olunması baxımından müsbət nəticə verəcək addım ola bilərdi.

BMT, ATƏT, AŞPA, Aİ kimi qurumlar heç vaxt, heç kimin torpağını azad etməyib. Bu qurumlar sadəcə tənzimləyici funksiyalar yerinə yetirməklə məşğuldur.

Torpaq azad etməyin isə yolu birdir: Millət formalaşır, silahlanır, hamı bir nəfər kimi ayağa qalxır, ölür-öldürür, Vətəni azad edir, adını dünya tarixinə qanla yazır. Ordunuz xaric, heç kimin gəlib torpaqlarınızı azad edəcəyinə ümid etməyin. Münaqişəni yaradanlar onu həll etmir, əksinə uzadırlar.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Ukrayna   Donbas   Müharibə  

Xəbər lenti

Donbasda nə baş verir?| “Münaqişəni yaradanlar onu həll etmir, əksinə uzadırlar” – ANALİZ

2018/05/26894689722_9526d7ded7_b45_12094254512_1524028165_6108606180.jpg
Oxunub: 4560     12:42     24 May 2018    