Beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib

2018/05/16984645_1527085324.jpg
Oxunub: 1637     18:22     23 May 2018    
Mayın 23-də Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, seminarda çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova iştirakçıları müharibə gedən ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normaları ilə tanış edib.

Görüşdə şəxsi heyətə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaralananların qorunması, münaqişələr zamanı mülki şəxslərə dəstək verilməsi barədə informasiya da çatdırılıb.

Tədbirdə qurumun fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub.

Ordu.az

Foto

Teqlər: Qızıl-Xaç-Komitəsi   Müdafiə-Nazirliyi   seminar  

Xəbər lenti

Beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib

2018/05/16984645_1527085324.jpg
Oxunub: 1638     18:22     23 May 2018    