Kəşfiyyat bölüyünün özünü qiymətləndirmə üzrə təlimi keçirilir - FOTOLAR+VİDEO

2018/05/49864_1527083364_1527084815.jpg
Oxunub: 11024     21:49     23 May 2018    
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən aparılır.

Təlimdə, həmçinin müşahidəçi və qiymətləndirici qismində Böyük Britaniya, Fransa, Avstriya və Almaniyanın hərbi qulluqçuları iştirak edirlər.

Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının hərbçilər arasında yayılmasına və tətbiqinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi də təlimə cəlb olunub.

Təlim mayın 25-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Müdafiə-Nazirliyi   Əməliyyat-İmkanları-Konsepsiyası  

Kəşfiyyat bölüyünün özünü qiymətləndirmə üzrə təlimi keçirilir - FOTOLAR+VİDEO

2018/05/49864_1527083364_1527084815.jpg
Oxunub: 11025     21:49     23 May 2018    