De Vaal: “Torpaqların qaytarılmayacağı deyilirsə, deməli hər iki tərəf müharibəyə qayıdır”

2018/05/obstrel_010_1491114010345_1527064075.jpg
Oxunub: 26022     16:26     23 May 2018    
“Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair sərt mövqe səsləndirib. Qarabağ münaqişəsinin tənzimlənməsi müəyyən silkələnməyə ehtiyac duyur, lakin güclü yox”.

Ordu.az xəbər verir ki, bu barədə bu barədə öz məqaləsində britaniyalı jurnalist, Karnegi Fondunun eksperti Tomas de Vaal bildirib.

“Qarabağ münaqişəsinə dair Paşinyanın ilk rəyləri silkələnmə daşıyırdı. O, “Qarabağın Ermənistanın bölünməz hissəsi olduğunu deməklə diplomatdan çox kütlədən birinə bənzəyirdi.

Yeni baş nazirin sərt mövqeyi ölkədaxili siyasi vəziyyətlə şərtlənir. Paşinyan 90-cı illərdə Qarabağda döyüşən və ölkəni 20 il idarə edən iki erməninin ardınca gəldi. Aydındır ki, Paşinyan milli təhlükəsizliyin təmin edilməsi və Qarabağ sakinlərini onlarla birlikdə olduğuna inandırmaq üçün mandatını sübut etmək vacibliyini hiss edir”, - deyə de Vaaal vurğulayın

De Vaalın sözlərinə görə, vəziyyət təhlükəlidir, əgər erməni lideri Qarabağın suverenliyini elan edirsə və torpaqların qaytarılmayacağını deyirsə, Bakı ilə danışıqları davam etməyin mənası yoxdur və hər iki tərəf müharibəyə qayıdır.

Analitik vurğulayır ki, son 15 ildə müzakirələr qeyd edildiyi kimi aparılmışdır: Hər tərəf öz mövqeyini qoruyur və ATƏT vasitəçiləri ilə işləmək üçün kifayət qədər addımlar atır. Amma ciddi iş görülmür və heç bir real tərəqqi yoxdur.

“Münaqişə ABŞ-ın gündəmindən çıxıb, xoşbəxtlikdən Tramp administrasiyası vasitəçilik rolunu rədd etmə niyyətindən əl çəkdi, müqavimət göstərdi və ABŞ tərəfindən yeni bir vasitəçi Endryu Şoferi təyin etdi. Azərbaycan prezidenti İlham Əliyevə gəldikdə isə hələ də o, səssizdir, yalnız müdafiə nazirinin hərbiyönlü bəyanatlar verməsinə və Xarici İşlər Nazirliyinin nümayəndəsinə “diplomatik yolla” etiraz etməsinə imkan verir”, - deyə analitik açıqlayıb.

De Vaal Azərbaycan prezidenti İlham Əliyevin sükutunun nə qədər davam edəcəyinə dair sual səsləndirir. Gecikməyə səbəb ola biləcək seçkiqabağı kampaniya zamanı Paşinyan və onun həmkarları, onların vətənpərvərlik səylərinin şübhə altına alınacağından qorxaraq, barışıq anlayışından danışmaq istəməyəcəklər. “Münaqişə ilə bağlı Ermənistanın yeni, vahid siyasətinin formalaşdırılmasına qədər bir neçə ay keçəcək", - deyə de Vaal bildirib.

Analitikin sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin yeni rəhbəri, bu vəzifədə Edvard Nalbandyanı əvəz edəcək Zohrab Mnatsakanyan tərəfindən təqdim eidləcək yeni təffəkkür zəruridir. Mnatsakanyan Avropa İttifaqı ilə assosiasia üzrə danışıqlardan arapıcı diplomat olub və de Vaalın fikrincə, Avropa İttifaqı bu prosesə Minsk Qrupunun rəsmi diplomatlarının dəstəkləməsi üçün daha aktiv rol oynamaq üçün həyat nəfəsi verə bilər.

“Qısaca olaraq, can verən sülh prosesi aktivləşməyə ehtiyac duyur, lakin Ermənistanın yeni liderləri küçələrdə qalib gəldikləri legitimliyi istifadə etməkdə ehtiyatlı olmalıdırlar. Qarabağ üzrə danışıqlar incə konstruksiyadır. Onun məhvi yalnız bir yol göstərəcək – yeni münaqişə”, - deyə De Vaal bildirib.

Alpər Mövludoğlu
Ağalar Qəribov
Ordu.az

Teqlər: Qarabağ   Müharibə   İşğal  

De Vaal: “Torpaqların qaytarılmayacağı deyilirsə, deməli hər iki tərəf müharibəyə qayıdır”

2018/05/obstrel_010_1491114010345_1527064075.jpg
Oxunub: 26023     16:26     23 May 2018    