KADEX-2018: Region ölkələri hansı hərbi məmulatlarını təqdim edəcək? – GÖZLƏNTİLƏR

2018/05/234_1526996843.jpg
Oxunub: 5302     17:38     22 May 2018    
Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi və "Kazspetsexport" Respublika Dövlət Müəssisəsi may ayının 23-dən 26-na qədər "KADEX-2018" (KAZAKHSTAN DEFENCE EXPO) Beynəlxalq Silahlar və Hərbi-Texniki Avadanlıqlar sərgisi keçirəcək.

Astana hava limanının hərbi bölməsində keçiriləcək sərginin eksponatları 15.000 kv.m ümumi sahəyə malik 6 pavilyonda və açıq ərazidə yerləşdiriləcək.

Dünyanın hərbi texnika istehsal edən 300-dən çox şirkəti "KADEX-2018" sərgisində öz məhsullarını təqdim etməyi planlaşdırır. Sərgi bu gün üçün Mərkəzi Asiya regionunda gözlənilən əsas tədbirlərdən biridir.

"KADEX-2012" sərgisində Xorvatiya, Böyük Britaniya, İsrail, Pakistan, Fransa və s. kimi 20 ölkədən 200-dən çox şirkət iştirak edib. İştirak edən rəsmi nümayəndə heyətlərinin, hərbi diplomatik korpusun və xarici firmaların nümayəndələrinin ümumi sayı 3000 nəfərdən çox idi.

"KADEX-2014" sərgisində dünyanın 28 ölkəsindən 208 xarici şirkətin və 54 rəsmi nümayəndə heyəti iştirak edib. Beş istiqamət üzrə: quru qoşunlarının və hərbi dəniz qüvvələrinin silah və texnikası; aviasiya silahlanma sistemləri və hava hücumundan müdafiə güc və vasitələri; xüsusi təyinatlı əmlak və vasitələr; İT texnologiyaları, sistemləri və rabitə vasitələri; qoşunların maddi-texniki təminatı sahəsini əhatə edən 300 növ silah və texnika nümunəsi natural ölçüdə təqdim edildi.

45 min ziyarətçi "KADEX-2014" sərgisini ziyarət etdi. Ümumiyyətlə, sərginin çərçivəsində təxminən 2,6 milyard dollar məbləğində müqavilələr, memorandumlar və sazişlər imzalandı.

2016-ci ildə keçirilən sərgi isə 28 ölkədən 350-dən çox şirkət cəlb etdi ki, bunun da üçdə biri Qazaxıstanı təmsil edirdi. Sərginin ümumi sahəsi 100 min kvadratmetr idi.

Sabah baş tutacaq "KADEX 2018" sərgisinə isə 80 ölkədən təxminən 100 rəsmi nümayəndə heyətinin qatılması gözlənilir.

Qazaxıstan Respublikasının Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi bu il ilk dəfə "KADEX" sərgisinə təşkilatçılıq edəcək. Sərgidə bu il yerli və dünya istehsalçılarının silah və hərbi texnikaları təqdim ediləcək. "KADEX 2018" ziyarətçiləri hərbi-sənaye kompleksinin son nailiyyətləri və gələcək inkişafı ilə tanış olacaqlar.

Qazaxıstan Respublikası Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astananın 20 illiyinə həsr olunan yubiley sərgisi yenilənən formatda keçiriləcək. "KADEX-2018"də ilk dəfə yerli və dünya kosmonavtika nailiyyətlərinə həsr olunan ayrıca böyük bir pavilyon təqdim olunacaq. Sərgi çərçivəsində "Qazaxıstanda Kosmos Günləri" illik beynəlxalq forumu da keçiriləcək.

"KADEX-2018" şərgisinin tematik bölmələri aşağıdakılardan ibarətdir:

- Aviasiya avadanlıqları
- Kosmik texnologiyası
- Ordu və Donanmanın Silah və Texnikası
- Hava Hücumundan Müdafiə Sistemləri və Vasitələri
- Qoşunların texniki təminat dəstəyi
- İT texnologiyaları, sistemləri və rabitə vasitələri
- PUA və hərbi sahədə robottexnika
- Hərbi sahədə alternativ enerji mənbələri.

Sərginin ilk günündə "Kazkosmos"un 25 illiyinə həsr olunan poçt markasının "KADEX-2018" emblemli zərfin üzərində təqdimatı olacaq. Hər kəs bir xatirə markası və bir ədəd poçt möhürlü bir zərf əldə edə biləcək.

Sərginin əsas diqqəti sırginin biznes hissəsinə yönəldiləcək. Burada plenar iclas və sessiyaların, konfransların keçirilməsi planlaşdırılır ki, bu da müasir mərhələdə bütün ölkə mütəxəssislərinin cari müdafiə və təhlükəsizlik məsələləri üzrə, dünya kosmik sahəsinin inkişafına dair fikir mübadiləsi aparmaq, eləcə də kiber təhlükəsizlik problemlərini müzakirə etmək üçün imkan verəcək.

Sərginin işgüzar proqram təşkilatçılarının dediyinə görə, proqrama daxil edilən "Kiber and Digital Security" və "Advanced Def Tech" konfransları müxtəlif ölkələrin mütəxəssisləri və ekspertlərinin hərbi texniki əməkdaşlıq, kosmik fəaliyyət, informasiya təhlükəsizliyi və müdafiə sənayesinin aktual məsələlərini müzakirə ediləcək əsas dialoq platformalarından biri olacaq. Sərginin ilk iki günü peşəkarlar üçün nəzərdə tutulub. İctimaiyyət "KADEX- 2018" sərgisini 25-26 may tarixlərində ziyarət edə biləcəklər.

Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "KADEX-2018"ə Türkiyədən 22 şirkət və təşkilat qatılacaq. Onların arasında müdafiə və aviasiya sənayesi üstünlük təşkil edəcək.

Qazaxıstan ilə Türkiyə ikitərəfli əməkdaşlıq kontekstində bu günə qədər hərbi kommunikasiya sistemləri, görüntüləmə sistemləri, silahlar, döyüş sursatı, atəşi idarəetmə sistemləri və zirehli avtomobil layihələri həyata keçirilib. Hazırkı əməkdaşlığın hava platformaları və hərbi təhsil infrastrukturları kimi istiqamətlərdə inkişaf etməsi gözlənilir. Bundan əlavə 2011-ci ildə Qazaxıstan Mühəndislik Şirkəti, ASELSAN və SSM iştirakı ilə yaradılan KAE (Qazaxıstan ASELSAN Engineering) şirkəti hərbi görüntü sistemləri və digər silah sistemləri sahəsində fəaliyyətini uğurla davam etdirir.

"Türk Havacılık ve Uzay Sanayi AŞ" (TUSAŞ/TAI) şirkəti də məhsullarını "KADEX-2018"də üçüncü dəfə iştirak edəcək. Sərgidə "Anka" PUA-sı, T-129 hücum və taktiki kəşfiyyat helokopteri, "Hürkuş" yeni nəsil əsas təlim təyyarəsi, yeni qıqrıcı layihəsi və T625 çoxməqsədli helikopter modelləri nümayiş etdiriləcək.

TAI sərgidə "Anka" və "Hürküş" başda olmaqla orijinal məhsullarının imkanlarını əyani nümayiş etdirəcək.

"Otokar" şirkəti Müdafiə Sənayesi Müşavirliyinin tərkibində Türkiyəni COBRA II, ARMA 8 × 8 və URAL təkərli və zirehli vasitələrlə təmsil edəcək.

Bu gün "Otokar" şirkətinin istehsal etdiyi 30000-dən çox hərbi nəqliyyat vasitəsi Qazaxıstan ordusu da daxil olmaqla, 5 qitədə 50-dən çox ölkənin silahlanmasında yer alır. Sərgi çərçivəsində müəyyən müqavilələrin bağlanması gözlənilir.

Rusiya bu ilki sərgidə "Rosoboronexport"AC tərəfindən 300-dən çox silah və texnika nümunələri ilə təmsil olunacaq. 11 holdinq və 18 müəssisə Rusiya ekspozisiyasının tərkib hissəsini təşkil edəcək. Bu dəfə Rusiya istehsalçıları sərginin quru qoşunları bölməsində "BT- 3F" ZPD, "Tiqr-M" xüsusi təyinatlı avtmobilini, BMPT "Terminator" tankların döyüş dəstəyi maşınını, "Ural-4320" və "Ural-432009" markalı avtomobillərini təqdim edəcək.

HHQ pavilyonunda Su-30 SM qırıcıları, Yak-130 döyüş təlim təyyarəsi, İl-76MD-90A hərbi nəqliyyat təyyarəsi, Mi-35M və Mi-171Ş hərbi nəqliyyat helikopteri, həmçinin Ka-226T helikopterini təqdim ediləcək. Bundan əlavə, sərgidə Rusiyanın "Orlan-10E" və yeni "Orion-E" PUA-ları da marağa səbəb olacaq.

HDQ sahəsində təqdim edilən yeniliklər arasında 22800E layihəli "Karakurt-E" və 21635.1 layihəli "Sarsar" kiçik raket gəmiləri yer alacaq.

HHM və REM sistemlərin pavilyonunda "Rezonans-NE" uzun mənzilli aşkaretmə RLS-i, radar gizli təyyarə hədəfləri zenit-raket sistemləri "Buk-M2E", "Tor-M2E" və "Pantsir-C1" ZRK-ların təqdim olunacağı dəqiqləşib.

Sərgidə Azərbaycan Respublikasının Müdafiə sənayesi Nazirliyi də tabeliyində olan müəssisələrin istehsal etdiyi yeni silah və texnika nümunələri ilə təmsil olunur. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir.

Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi 2,7 dəfə artıb. Bu sərgidə də yeni müqavilələrın bağlanacağı gözlənilir. Əvvəl keçirilən sərgilərdə də fəal iştirak edən ölkəmizin müdafiə sənayeçiləri 23 mayda başlayacaq "KADEX -2018" Beynəlxalq müdafiə sərgisində daha geniş məhsul çeşidləri ilə qatılacaq. Bunların arasında MRAP tipli zirehli vasitələr, "Tufan" milli zirehli nəqliyyat vasitəsi, müxtəlif təyinatlı PUA-lar, müxtəlif çaplı uzaq mənzilli minaatanlar, yeni snayper tufəngləri, əl qumbaraatanları, optik cihazlar, müxtəlif çəkili aviasiya bomba və raketləri yer alacaq.

Sərgidə xüsusi təyinatlı bölmələrin, aviasiya və döyüş texnikalarının nümunəvi çıxışları da gözlənilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Qzaaxıstan   KADEX-2018  

Xəbər lenti

KADEX-2018: Region ölkələri hansı hərbi məmulatlarını təqdim edəcək? – GÖZLƏNTİLƏR

2018/05/234_1526996843.jpg
Oxunub: 5303     17:38     22 May 2018    