F-35 ilk döyüş debütünü İsrail HHQ-də edib

2018/05/F-35-Norkin3456_1526989334.jpg
Oxunub: 1843     15:32     22 May 2018    
İsrail Hərbi Hava Qüvvələrinin rəhbəri general-mayor Amikam Nurkin ABŞ-ın F-35 gizli təyyarələrinin İsrailin Yaxın Şərqdəki iki missiyasında iştirak etdiyini açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla da F-35 ilk döyüş şəraitindəki uçuşunu İsrail HHQ-də edib.

Hazırda İsraildə olan 20 ölkə HHQ-nin rəhbərlərinin iclasında çıxış edən Nurkin F-35-lərin bütün Yaxın Şərq üzərində uçduğunu və iki müxtəlif cəbhədə həyata keçirilmiş hücumda istifadə edildiyini iddia edib.

Qeyd edək ki, F-35 ABŞ-ın müdafiə kompaniyası “Lockheed Martin” tərəfindən istifadə edilir. 2016-cı ildə 2 F-35 alan İsrail bu təyyarələrin ilk xarici müştərisi olub. Bu vaxta qədər 9 F-35 alan İsrail ümumilikdə 50 təyyarə sifariş verib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: F-35   ABŞ  

Xəbər lenti

F-35 ilk döyüş debütünü İsrail HHQ-də edib

2018/05/F-35-Norkin3456_1526989334.jpg
Oxunub: 1844     15:32     22 May 2018    