Erməni əsgərini dəfələrlə zorlayıb, təcridxanaya saldılar - DETALLAR

2018/05/ermeni_34756756_150416811045345345_1508835456_1523513391_1526561025_1526988120.jpg
Oxunub: 1748     19:18     22 May 2018    
"Əgər mənə bir şey olsa “Q” günahkardır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu cinsi istismara məruz qalan hərbi qulluqçu Xankəndi hərbi polisindən 2 cümləlik şikayətində bildirib.

Ermənistan tərəfindən işğal edilmiş Ağdərə şəhərində yerləşən hərbi hissələrdən birinin zabiti olan “Q”, onun birbaşa tabeliyində olan müddətli xidmət hərbi qulluqçu “K”ya qarşı cinsi xarakterli hərəkətlərə yol verərək onu zorlayıb.

Cinsi təcavüzə məruz qalan zərəçəkəni və daha sonra ittiham olunan hərbi qulluqçunu Xankəndi hərbi polisində saxlamaqla azadlıqdan mərhum edilmiş vəziyyətdə, izahatını dəyişdirənədək bir müddət saxlayıblar. Hazırda həmin hərbi qulluqçu yalan ifadə verməkdə, şər atmaqda ittiham olunur.

Zərərçəkənin verdiyi ilkin izahata görə zorlama hadisəsi elə hərbi xidmətin ilk həftəsində baş verib. Hərbi qulluqçu bu hadisəni ailəsindən də müəyyən vaxtadək gizli saxlayıb. Ancaq anası onun narahatlığını hərbi andiçmə günü anlayıb. Fevralın 3-də Ağdərədəki hərbi hissəyə gedən erməni əsgər anası baş verənləri öyrəndikdən sonra, hərbi hissə komandiri ilə görüşür, eyni hadisəni da ona bildirir.

Həmin anda cinayət işinin açılması qaçılmaz olub. Hərbi qulluqçu “K” izahatında bildirir ki, komandiri onu yataq ortüyünə “odyal” bükərək döyüb, 4-5 gündən sonra isə zorlayıb. Bu hadisə bir neçə gün ərzində baş verib. Erməni əsgərin anası İrəvana qayıtdıqdan sonra, “İnsan hüquqları naminə jurnalistlər” qeyri-hökümət təşkilatına gələrək şikayət edib. Hadisəni törətməkdə ittiham edilən komandir “Q” baş verənləri qəti inkar edib. Zərərçəkən hərbi qulluqçunu isə təcili hərbi polisə apararaq, təcrid ediblər. Nəticədə, zərərçəkən girov vəziyyətinə salınır, hadisəni törədən isə azadlıqda qalır.

Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan təşkilat tərəfindən 11.04.2018-ci ildə dərc edilmiş “Hərbi qulluqçunu döyüblər, zorlayıblar, indisə mühakimə edirlər, Vigen Sarkisyan susmaqda davam edir” adlı məqaləsinə cavab olaraq, mətbuat xidməti vasitəsilə bildirilib ki, zərərçəkən hərbi qulluqçu Xankəndi hərbi polisində saxlanılmır. O, daxili xidmət nizamnaməsinin tələblərinə uyğun olaraq, cinayət işinin tələblərinə uyğun təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmət etdiyi hərbi hissədən təcrid edilərək, digər kazarma şəraitində saxlanılır.

3-cu qarnizon rəisinin müavini Artak Voskanyan isə bildirib ki, cinayət işinin detallarını nəzərə alaraq zərərçəkən ayrı saxlanılır.

Lakin bu ayrı saxlanma yeri də hərbi polisin ərazisindədir və təzyiqlərə məruz qalan zərərçəkinin izahatlarını dəyişməyə məcbur edildiyi istisna olunmur. Yeni etirafedici ifadələrdən sonra məlum olur ki, qeyd olunan gənc həmcinslilərin nümayəndələrindəndir. Verdiyi ifadəsində qeyd edilir ki, hərbi xidmətdən əvvəl Los-Ancelesdən olan bir gənclə münasibətdə olduğunu qeyd edib. Həmçinin verdiyi izahatda bildirilir ki, guya həmin zabitə intim münasibətində olmaq təklifini özü etsə də, zabit bunu rədd edib. Onu anasını görmək üçün aldadaraq hərbi hissəyə çağırdığı barədə ifadə verməsinə məcbur ediblər.

Vəkil martın 27-də Xankəndinə gedib, zərərçəkən əsgərlə görüşənədək artıq o, izahatını dəyişdirib. Onun 10 gün müddətinə buraxılacağına vəd verilsə də, bu hələ də həyata keçirilməyib.

Zərərçəkən vəkilin xidmətlərindən imtina edib. Qarabağdakı aidiyyəti olan məmurlar əsgərə hər hansı təzyiqlərin edildiyi barədə iddiaları, axmaqlıq adlandırıblar. Zərərçəkən əsgərin anası, yeni təyin olunan vəkil İşxanyanın ona başqa vədlər verdiyini qeyd edib. Erməni vəkil vəd edib ki, qısa vaxtda şərti azadlığa buraxılmaqla, xidmətini davam etdirəcək.

Baş vermiş hadisə barədə Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyana məlumat verilsə də o, heç bir tədbir görməyib. Zərərçəkən əsgərin anası Nikol Paşinyana, yeni təyin edilən müdafiə naziri Davit Tonoyana, ombudsman Arman Tatoyana, baş prokuror Artur Davtyana müraciət etməyə hazırlaşır.

Hüquq müdafiəçisi Ruben Martirosyanın sözlərinə görə, ekspertiza yolu ilə, erməni əsgərinə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edildiyi təsdiq edilib. Ekspert bildirib ki, erməni əsgərinə qarşı zorakılıq edən zabit, hərbi polisdə daim zərərçəkən əsgərə təzyiq göstərir, şantaj yolu ilə onu susdurmağa çalışır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Zorlama  

Erməni əsgərini dəfələrlə zorlayıb, təcridxanaya saldılar - DETALLAR

2018/05/ermeni_34756756_150416811045345345_1508835456_1523513391_1526561025_1526988120.jpg
Oxunub: 1749     19:18     22 May 2018    