Da Vinçidən dünyaya bəxşiş: Tankların meydana gəlməsindən öncəki layihələr – ARAŞDIRMA (FOTOLAR)

2018/05/12_1526980647.jpg
Oxunub: 3365     13:59     22 May 2018    
Tankların olmadığı zaman insanlar öz şəxsi güc və imkanlarına arxalanırdılar və onu mümkün qədər necə artıra biləcəklərini düşünürdülər. Digər vasitələrdən istifadə edərək zəfər qazanmaq barədə bəzi planlar da mövcud idi.

Lakin reallıqda tək dəmirçilər zirehli geyimlərinin daha davamlı və ya qılınclarının daha kəskin olmasına çalışırdılar. Əsgərlərin qalxanları bütün insan bədənini qorumağa hesablanırdı. Onların arxasında gizlənərək düşmənlərə nizə ilə həmlə edirdilər. Şəhərlərə hücum etmək üçün ağacdan hazırlanan böyük hücum qüllələri hazırlanır, yanğından qorunma məqsədilə onları yeni heyvan dəriləri ilə örtürdülər.

Qala qülləsi

Orta əsrlərdə "tank" zireh vasitəsilə özünü və atını müdafiə edən silahlı bir cəngavər idi. Piyada əsgərlər onlardan qorunmaq üçün kəskin payalardan istifadə edirdilər, lakin onların quraşdırılması müəyyən vaxt alırdı.

Çex komandir Jijkinin əsgərləri bir-birinə zəncirlənən xüsusi arabalara silah yerləşdirirdilər ki, bu da düşmənin zirehli süvarilərinə problem yaradırdı. Zamanına görə üstün bir ideya hesab edilən konstruksiyaların mobilləşdirilməsi fikri dahi rəssam, alim və mühəndis Leonardo da Vinci tərəfindən irəli sürülüb. Milan hersoqu Sforza ünvalanan məktububda da Vinçi, hər hansı bir düşməni əzmək üçün özüyeriyən artilleriya və döyüş nəqliyyat vasitələri qurmağı təklif edirdi. Təkərlər insanlar tərəfindən hərəkətə gətirilirdi. Rəssam həmyerlisi Quido da Vigevano isə külək dəyirmanının dişli ötürmə mexanizminə sahib olan, bənzər təkərli bir vasitə təklif edirdi.

Leonardo da Vincinin taxta tankının modeli

VIII Henrixin layihəyəsinə əsasən mahiyyətcə at qoşqusunda xüsusi təkərlər üzərində taxta sığınacaq inşa edildi. Muşketyorlar isə qurğunun üst tərəfində yerləşən xüsusi yuvalardan atəş açırdılar.

Xaricdən bu araba qorxunc görünurdü, lakin döyüş dəyəri çox aşağı idi. XV əsrdə Avropada nəqliyyat vasitəsi kimi iri həcmli, konus şəklində metal təkərli olan qoşqulardan istifadə edilməyə başladı.

1713-ci il təvəllüdlü, ideya sayəsində tez-tez nəm torpaqda batan təkərli vasitələrdən daha üstün olan müasir tırtıllı hərəkətli vasitənin ilk variantı yaradıldı. Fransanın Elmlər Akademiyasının müsbət rəy verdiyi D'Ermanın təklif etdiyi layihə, əsasən taxta təkər dayaqları üzərində bir-birinə bağlanan "sonsuz" tırtıl lentləri vasitəsilə hərəkət edən ağır yüklü qoşqudan ibarət idi.

1770-ci ildə ingilis Edgevort təkərli vasitənin hərəkət edəcəyi relslərin istifadəsi üçün patent aldı. Ağacdan hazırlanan qısa şpallar hər dəfə növbə ilə dəyişdirilirdi. Volterin II Katerinyaya Türklərə qarşı bu tip təkərli qoşqulardan istifadə etmək təklifi onun yazdığı məktubdan məlum olub. Tırtıl fırlanma mühəriikinin variantları Fransua Dubois (1818), Berri (1821) və Qitkot (1832) tərəfindən də təklif edilib. Qitkot buxar mühərriki ilə təchiz edilən belə bir maşını yaradaraq, ondan Lankaşi torpaqlarını inkişaf etdirmək üçün iki il istifadə etdi. 1837-ci ildə, bütün əsas elementləri olan sürüşən tırtıl layihəsi kapitan Zaqryajski tərəfindən Rusiyada patentləşdirildi.

Ceyms Kouenin buxar mühərrikli zirehli avtomobil layihəsi

1885-ci ildə ingilis mühəndisi Ceyms Couen buxar avtomobilini yaratdı. Avtomobilin bazasında mühərrikə bir neçə orak şəkilli bıçaq quraşdırılırdı. Hərəkət zamanı onlar fırlanaraq kəsici hərəkət yerinə yetirirdi. Silahlanma səkkiz ədəd kiçik çaplı topdan, eləcə də atıcılar üçün 50 ədəd tüfəng yüvasından ibarət idi. Sınaqlarda polad avtomobil 8 km/saat sürətlə hərəkət edə bilirdi. Lakin avtomobil beş təkərli (dörd dəstək və bir idarəetmə təkəri) olduğu üçün kobud ərazilərdə yaramadı.

1882-ci ildə Buenos Ayresdən Fenders çoxtinli aparıcı təkərlərin hər tərəfinin yol genişliyinə bərabər olan bir tırtıl təklif etdi. 1888-ci ildə amerikalı Batt buxar traktorunu tam eyni ötürücüyə malik uzun tırtılla təchiz etdi.

Tırtılın xarici dayaq hissəsi metal plitələrdən ibarət idi, daxili hissəsi isə zəncir formasında idi, fırlanan zaman sonuncu xarici hissə ilə birləşərək onu şassinin perimetri boyunca hərəkət etməyə məcbur edirdi. Avtomobilin dönməsi üçün arxa tərəfindəki iki təkərdən istifadə olunurdu. İki il sonra mühəndis Edvards dizaynı təkmilləşdirdi: təkərləri ön tərəfə, tırtıl elementlərini isə bir sıraya qoydu.

Buxar traktorunun ideyası

1908-ci ildə Britaniyanın Hərbi Komitəsi, yanacaq doldurmadan 40 mil məsafəni qət edə biləcək tırtıllı vasitə layihəsi üçün mükafat təyin etdi. Müsabiqəni, əvvəllər də buxar və daxili yanma mühərriki olan traktorlar hazırlayan, "R. Hornsbi və oğlanları" şirkətindən linkolinli David Roberts qazandı.

Benzin mühərriki ilə çalışan traktor isə Benjamin Holt tərəfindən nümayiş etdirildi. Bu zamana qədər benzin mühərriklər avtomobil nəqliyyatında (1885-ci ildə alman ixtiraçı Karl Benz ilk dəfə bir silindrli benzin mühərrikli avtomobili özü idarə etdikdən sonra, yeni avtomobilin sürətlə seriya istehsalı başladı. 1904-cü ildə tək Fransada 17 mindən çox avtomobil istehsal edildi) uğurla istifadə olunurdu. ABŞ-da benzin mühərriki olan tırtıllı maşınlar üzərində böyük biznes layihələrinə start verildi, İngiltərədə isə bu maraqlar əhəmiyyətsiz dərəcədə idi və "Hornsby" şirkəti 1912-ci ildə patentini "Holt"a satdı.

İlk tırtıllı "Holt" traktoru

Bu dövrdə avtomobillərə tırtıllı lentalar quraşdırılmağa başladı. 1900-cü ildə pnevmatik hərəkərli avtomobil üçün ilk tırtıl patenti ingilis Bremond tərəfindən əldə edilib. 1907-ci ildə, Alderşot qraflığında keçirilən manevr zamanı, Roberts adlı şəxs tırtıllarla təchiz olunan "Schneider" tipli nəqliyyat vasitəsini nümayiş etdirdi. Bir neçə aydan sonra bir başqa ingilis - Qernsby qumlu torpaqda 30 km/saat sürətə hərəkət edə bilən 75 at gücündə mühərrikə sahib "Mercedes" avtomobilini tırtıllar ilə təchiz etdi. Bu isə XX əsrin əvvəllərində artıq zirehlənərək döyüşdə istifadə edilə biləcək nəqliyyat vasitələrinin istehsalı üçün baza rolunu oynadı. Lakin Avropada sülh olduğu üçün bu vasitələri sifariş edən yox idi.

Bənzər döyüş vasitələrinin layihələri artıq XIX əsrin ortalarından görünməyə başladı. Onlara İtalyan Baltanın (1854) "torpaq monitor", ingilis Koveynin (1855) "döyüş vasitəsi", fransız Buayen (1874) isə silahlı və zirehli qatar layihəsi daxil idi.

Son layihəyə görə, zirehli qatar 200 nəfər əsgər və zabitdən ibarət ekipaja, 12 ədəd top və "mitralez" yaylım atəş sisteminə, kifayət qədər zirehə, 10 km/s sürətə, 20-40 at güclü mühərrikə sahib olmalı idi.

Buayenin tırtıllı Zirehli Qatar layihəsi

1899-cu ildə ingilis Robert Frederik Simms çox əhəmiyyətli bir addım atdı: O, "De Dion-Bouton" şirkətinin dörd təkərli motosiklet şassisi üzərinə "Maksim" pulemyotunu yerləşdirərək sürücünün, eyni zamanda motosikleti idarə edərək atəş açmasının mümkün olduğunu praktikada sübut etdi. 1900-cü ildə bir başqa ingilis - Penninqston iki silahlı zirehli avtomobil hazırladı. Rusiyada ixtiraçı B. Lutski (ilk yerli yük maşınının müəllifi) də pulemyotlarla təchiz edilən zirehli bir avtomobil təklif etsə də, bu Artilleriya Komitəsi tərəfindən rədd edildi. 1900-cu il tarixdə gələcək tankların yaradılmasında vacib element olan zireh lövhələrinin "doğum" ili hesab edilə bilər. İngilis Ordusunun polkovniki Templer, ingilis bölmələrini Afrikanın cənub sahillərindən qitənin daxili hissəsinə daşınması üçün zirehli vasitələr təklif etdi.

Buxar avtomobilindən və iki 150 mm silahlı platformadan ibarət olan üçlü qoşqu, relssiz zirehli qatarı təşkil edirdi. Onun 6.3-mm qalınlığındakı zireh təbəqələri avtomobili hətta qısa məsafədən "Mauzer" silahlarının mərmilərindən qoruya bilirdi.

Simms, öz layihələri ilə "Vikkers, oğlu və Maksim" şirkətini maraqlandırdı. Onun layihəsini alan şirkət yük maşını bazasında əsl döyüşə hazır zirehli avtomobil istehsal etdi. Avtomobil şassisi təkərlər üzərində dayanan zirehli bir korpusa sahib idi. Zirehli qalxanlarla qorunan iki ədəd pulemyot və 40 mm "Maxima Mom-Pom" yarım avtomatik topla təchiz olunurdu.

Döyüş sahəsinin təhlükəsiz müşahidəsi üçün periskopdan istifadə edildi. Zirehin qalınlığı 6 mm-ə çatdı, bu isə həmin zamanda yaxşı qorunmanı təmin edirdi. Avtomobilə 16 at gücündə dörd silindrli "Daimler" mühərriki quraşdırıldı.

Eyni ildə qismən zirehlə və pulemyotla təchiz edilən digər bir avtomobil Fransanın "Charron, Girardot d`Vua" şirkəti tərəfindən yaradılır. 1904-cü ildə digər bir zirehli avtomobil Avstriya-Macarıstanın "Austro-Daimler" şirkətinin baş mühəndisi Paul Daimler tərəfindən yaradıldı. Dünyada ilk dəfə olaraq onun avtomobili fırlanan bir qüllə və tam ötürücü təkərlərlə təchiz olundu. Qüllə yarımkürə şəklində idi.

Silahlanma yalnız "Maksim" pulemyotundan ibarət idi. Döyüş bölgəsindən kənarda ərazi müşahidəsini təmin etmək üçün sürücünü və onun köməkçisini yüksəkliyə görə tənzimlənən oturacaqlarla təchiz edirdilər. Zirehli avtomobil Avstriya-Macarıstan və Almaniya komandanlığına göstərilsə də, onların marağına səbəb olmadığı üçün ixtiraçı onu Fransaya satdı.

"Simms Motor War Car" yarı zirehli döyüş maşını

Rusiya

Rusiya 1904-cü ilin yanvarında Yaponiyaya qarşı müharibəyə başladı. Bu müharibədə Rus ordusunun motorlaşmasının tərəfdarı olan və Sibir Kazak Korpusunda xidmət edən M.A.Nakaşidze də iştirak edirdi. Hələ 1902-ci ildə "Avtomobil, onun Rusiya üçün iqtisadi və strateji əhəmiyyəti" adlı bir broşür yazan Nakaşidze, müharibə zamanı avtomobil şassisi üzərində zirehli döyüş vasitəsi yaratmaq barədə düşünürdü. Müharibənin sona çatmasından əvvəl, Nakaşidze Mançuriya ordusunun komandanı general Lineviç tərəfindən dəstəklənən layihəsini hərbi rəhbərliyə təqdim etdi. Rusiya sənayesinin bu sifarişləri yerinə yetirmək üçün kifayət qədər hazır olmadığını nəzərə alaraq, layihə Fransanın "Sharron, Girardot d'Voy" şirkətinə ötürüldü. Şirkətin qurduğu iki zirehli avtomobildən biri Fransada qaldı, ikincisi isə 1905-ci ildə Rusiyaya gətirərək onu geniş sınaqlardan keçirildi.

"Nakaşidze-Şarron" zirehli avtomobilin sınaqları

Zirehli avtomobili silahlanmaya qəbul edən komissiya belə qərara gəldi ki, yeni avtomobili kəşfiyyat, kommunikasiya, süvari hücumlarının dəf edilməsi və geri çəkilən düşmənin təqib edilməsi üçün uğurla istifadə edilə bilər.
"Şübhəsiz ki, müharibədə bu hərəkətli və zirehli qala çox mühüm rol oynaya bilərdi", - 1906-cı ildə həftəlik "Niva" qəzetinin müxbiri yazırdı.
Sözügedən zirehli avtomobil üçün böyük sifariş olmadığından, onlardan Rusiyada cəmi bir neçə ədəd hazırlandı.

Almaniya

Alman mühəndisləri də ilk zirehli avtomobil yaratmaq üçün çalışırdı. 1906-cı ildə Almaniyada "Rheinmetall" firmasının 50 mm çaplı sürətli topu ilə silahlanan "Erhard BAK" adlı zirehli bir avtomobil yaradıldı. Bu maşın hava şarlarına atəş açmaq üçün nəzərdə tutulan ilk özüyeriyən zenit vasitəsi hesab olunur. 30 mm çapa malik zenit topunun bir hissəsi zirehli qüllədə yerləşirdi və 70° yüksəklik bucağına malik idi. Lakin, üfüqi atəş bucağı 60° idi. 100 ədəddən ibarət döyüş dəstinin sursatları avtomobilin hər iki tərəfində xüsusi qutularda yerləşdirilirdi. Zirehli avtomobil 1906-cı ildə Berlində keçirilən 7-ci Beynəlxalq Avtomobil Sərgisində nümayiş etdirildi.

Dörd il sonra "Erhard" firması 65 mm zenit topuna malik tam ötürməli yeni bənzər bir maşın hazırladı. 1906-cı ildə İtaliyada "Fiat" firması da zirehli avtomobillərlə bağlı təcrübələrə başladı. Birinci Dünya müharibəsi ərəfəsində ilk İtalyan "BA" vasitələri Tripolitan çölündə və Balkanlardakı hərbi əməliyyatlarda iştirak etdi. Fransızlar isə Mərakeşdə üsyançı tayfalara qarşı mübarizə aparmaq üçün bu zirehli vasitələrindən istifadə etdilər.

Bəzi məlumatlara görə, Rusiyada isə Nakaşidzenin zirehli avtomobili Baltikyanı ölkələrdə kəndlilərin etiraz dalğalarını yatırmaq üçün də istifadə edilib. Burada məsələ geniş miqyaslı zirehli nəqliyyat vasitələrinin istifadəsindən getmirdi.

Sovetlərdə tank quruculuğu

Orduda tankların görünməsindən öncə zirehli vasitələrin və ya zirehli qatarların meydan gəlməsi, onların geniş bir miqyasda istifadəsinə imkan vermirdi. Bu maşınların tətbiqi olduqca məhdud idi. Onlar hətta adi şəraitdə belə təkərli və ya tırtıllı baza ilə maneələri dəf edə bilmirdilər. Digərləri isə tam dəmir yoluna bağlı idi. Özüyeriyən zirehli döyüş ərazi maşının yaradılması zərurətini, Avropanın aparıcı hərbi güclərininin hər biri yaxşı dərk edirdi.

Bu məsələdə Rusiya İmperiyası da istisna deyildi. XIX əsrin əvvəllərində burada da tanklar icad edilməyə başlaynırdı. Zirehli vasitələr tarixi ilə olduqca səthi maraqlananlar belə, Poroxovşikovun "Vezdexod", Lebedenkonun "Çar-tank" və ya Vladimir Mendeleyevin super-ağır tank layihələri ilə tanışdır.

Digər inkişaflar da mövcud idi: Gunter Burshtınin tankı, Demyanenkonun "Yerüstü Zirehli Qatarı", Kazanskinin "Zirehli Traktoru" və s. Ümumiyyətlə, kifayət qədər müxtəlif fikirlər var idi - həm doğru, həm də yanlış. Başqa bir məsələ isə onların həyata keçirilməsinə vaxtın olmamasında idi.

1917-ci ildə Rusiyada iki inqilab baş verdi və artıq tanklar yaddan çıxdı. Lakin qısa müddətə. 1919-ci ildə RSFSR Xalq Komissarları və hərbi sənaye Şurası trofey kimi ələ keçirilən "Renault FT" tankının Nijni Novqoroddakı "Qırmızı Sormovo" zavodunda istehsalını təşkil etmək qərarına gəlir. Sovet İttifaqının tank quruculuğunun tarixi məhz bu tarixdən başlayır.

(Ardı var…)
Yazıda pro-tank.ru saytının məlumatlarından istifadə edilib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Tank   Hərb-tarixi  

Xəbər lenti

Da Vinçidən dünyaya bəxşiş: Tankların meydana gəlməsindən öncəki layihələr – ARAŞDIRMA (FOTOLAR)

2018/05/12_1526980647.jpg
Oxunub: 3366     13:59     22 May 2018    