Əfqanıstanda polislə taliblərin qarşdurması baş verib: 14 ölü

2018/05/2287_1526976591.jpg
Oxunub: 1576     16:08     22 May 2018    
Əfqanıstanın mərkəzi hissələrində polis və “Taliban” hərəkatının döyüşçüləri arasında qarşıdurma baş verib.

Ordu.az “TOLOnews” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 14 polis əməkdaşı həlak olub.

Taliblər gecə saatlarında Qəzni vilayətində Caqatu və Deh Yak bölgələrinə hücumlara başlayıblar. Hücum nəticəsində həmçinin Deh Yak bölgəsinin polis rəisi də həlak olub.

Son dövrlərdə Əfqanıstanda təhlükəsizlik qüvvələri və taliblər arasında döyüş və qarşıdurmaların sayı daha da artır. Bununla belə, bir sıra hallarda İŞİD terrorçuları da böyük partlayışlar törədirlər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Əfqanıstan   Taliban   İŞİD  

Əfqanıstanda polislə taliblərin qarşdurması baş verib: 14 ölü

2018/05/2287_1526976591.jpg
Oxunub: 1577     16:08     22 May 2018    