Erməni kursantın sirli ölüm işi: Kimdir günahkar?

2018/05/timthumb234234234_1508750938234_1513086155_3053937700.jpg
Oxunub: 2154     09:59     22 May 2018    
İrəvan məhkəmələrindən birində kursant Haykaz Barseğyanın ölüm işi üzrə məhkəmə prosesi davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həbs edilməyən və ölüm işində ittiham olunmayan 5-ci təqsirli Varazdat Safaryan, ölüm işində ittiham olunaraq, həbs edilmiş Vaçe Sahakyan, Movses Azaryanla birlikdə daxili xidmət nizamnaməsi qaydalarını pozaraq, digər kursantlar Tiqran Manaseryan və Artuş Simonyanı döyməkdə ittiham olunur.

Kursant Barseğyanı öldürməkdə ittiham olunan 4 müttəhimdən ikisi, yəni Vaçe Sahakyan və Movses Azaryan, həmçinin zərərçəkən Harutyun Aleksanyana qarşı zor tətbiq etməkdə, onu döyməkdə ittiham olunurlar.

Məhkəmə müttəhimlərin ifadələrinin alınması ilə başlayıb. Məhkəmə prosesində ittiham olunanlardan Qnel Tevosyan ifadəsində özünü günahkar hesab etmədiyini qeyd edib.

"Yanvarın 28-də buraxılışda idim. “Yat” komandasınadan sonra geri, hərbi hissəyə gələrək yatdım. Səhər həmişə olduğu kimi, çavuş olaraq “Qalx” komandasınadan 10 dəqiqə tez oyandım və kapitan Avetisyandan Barseğyanın yerində olmadığını eşitdim. Hamı kimi onu axtarmağa başladım. Səs-küydən eşitdim ki, Barseğyanın meyitini asılmış vəziyyətdə tapıblar. Daha sonra məni yanvarın 29-da 14:30 radələrində hərbi polis həbs etdi. Hərbi polisdə məni müxtəlif yollarla etiraf etməyə məcbur etsələr də buna nail ola bilmədilər", - deyə o bildirib.

O, ümumiyyətlə 28-29 yanvar tarixlərində Barseğyanın yatdığı otağa daxil olmadığını qeyd edib. İttiham işində içki içməsinin qeyd olunmasının isə reallığa cavab vermədiyini, hərbi polisin təzyiqi altında olan şahidlərin ona qarşı ifadə verdiyini bildirib.

Erməni kursant, hərbi polisdə ona və digərlərinə qarşı çox pis üsullarla təzyiqlər olduğunu vurğulayıb.

"İlkin araşdırmada çox şey demək itəsəm də nəzərə alınmadı. Məhkəmədə demək istədim. Heç bir kursantla münaqişəm olmayıb, lakin ilkin araşdırma zamanı hərbi polisin təzyiqi nəticəsində baş verməyən şeylər yazılıb", - deyə o bildirib.

Tevosyan, öz paltarında ölən hərbi qulluqçuya dair hər hansı izlər aşkar edilmədiyini vurğulayıb: "Zabitlərin təlimatına uyğun olaraq, araşdırma zamanı batareyada “ÇP” olmasın deyə, bütün mülki paltarları və qadağan olunmuş əmlakı zibilə atmaq deyilmişdi. Evə göndərmək istədiyim torbada isə idman geyimi var idi və həmin paltarda da heç bir iz aşkarlanmayıb. Hərbi polisdə mənə cinayətkar dedilər. Mən də həm öldürəni, həm şər atanı, həm də bunu mənim üstünə yazmağa çalışan şəxsləri söydüm".

Tevosyan, özünün hərbçi ailəsində böyüdüyünə görə məsuliyyətli və nizam-intizamlı apardığını qeyd etməklə, ona qarşı irəli sürülən bütün ittihamların yalan olduğunu və təzyiq altında yazıldığını bildirib. O, atasının hərbi məktəbdə olmasına görə hər hansı himayədarlıqdan yararlanmadığını və onun hərbi institutun rəis müavini olmasının ona qarşı ölüm işi üzrə ittiham irəli sürülməsinə səbəb olduğunu qeyd edib.

Belə ki, məktəb rəisinin müavini olan atasına müəyyən şərtlər irəli sürüblər ki, ittiham olunan Qnel Tevosyan ölüm işini etiraf etsin. Tevosyan bildirir ki, zamanı gələndə atası həmin şərtləri irəli sürənin kim olduğunu açıqlayacaq.

Ölən kursantın vəkili, Qnel Tevosyanı ölüm işində ittiham edərək, məktəbdə atasının mövqeyindən istifadə etdiyini qeyd edib. Tevosyan isə cavabında bildirib ki, atası uzun müddət orduda xidmət edib, buna görə daim məsuliyyətli və nümunəvi olmağa çalışıb. O, 28 il Ermənistan ordusunda qulluq edən atasının yanvarın 28-də mükafat aldığını və 29-da isə xəyanətkar hesab edildiyini bildirib.

Məlumata görə, növbəti məhkəmə iclasında Qnel Tevosyanın ilkin araşdırmaya verdiyi izahat təqdim olunacaq, əgər bir ziddiyyət olmasa, digər müttəhimlərin dindirilməsinə başlanılacaq.

Xatırladaq ki, Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryan 29 yanvar 2015-ci il, gecə saat 02:00-03:00 radələrində taborun 408 nömrəli yataq otağında xüsusi amansızlıqla, xuliqanlıq zəminində kursant Haykaz Barseğyanın öldürülməsi işində ittiham edilirlər. Onlar intihar görüntüsü formalaşdırmaq üçün Barseğyanı öldürdükdən sonra, onun meyitini idman şəhərciyindəki idman alətindən asıblar.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-kursant   Barseğyan   Ölüm  

Xəbər lenti

Erməni kursantın sirli ölüm işi: Kimdir günahkar?

2018/05/timthumb234234234_1508750938234_1513086155_3053937700.jpg
Oxunub: 2155     09:59     22 May 2018    