Qarşıdurma astanasında: Hindistan donanması Çinə qarşı gücünü artırır

2018/05/684508-navyinpersiangulf-052118_1526909075.jpg
Oxunub: 2011     22:49     21 May 2018    
Hindistan donanması Çinin regiondakı aktivliyinə qarşı Fars körfəzində yerləşimlərini genişləndirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu yerləşimlər Hindistanın İranda tikdiyi Çabahar limanından koordinasiya edilir.

Çabahar limanı Çinin böyük yatırımlar etdiyi Quadar limanına yaxın olması ilə Hindistanın maraqları üçün strateji əhəmiyyət daşıyır.

“Bizim regionda daimi olaraq hər iki aydan bir 15 günlük gəmilərimiz fəaliyyət göstərir. Missiya əsaslı yerləşmə regionda nəzarət xarakteri daşıyır və Çabahar limanına yaxındır”, - deyə Hindistan donanmasının bölgədəki rəsmisi bildirib.

Onun sözlərinə görə, havadan aparılan nəzarət missiyası həm də istənilən şübhəli aktı aşkarlamaq məqsədilə həyata keçirilir.

Hindistanın yerləşimlərinin əsas diqqət mərkəzi isə Pakistanın Makran sahilidir. Məhz Quadar limanı burda yerləşir.

Çinin Hind okeanındakı mövcudluğunun artması Hindistan üçün strateji narahatlıq kimi qiymətləndirilir. Buna görə də ölkə donanmanın nəzarət və əməliyyat imkanlarını durmadan genişləndirir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Cin  

Xəbər lenti

Qarşıdurma astanasında: Hindistan donanması Çinə qarşı gücünü artırır

2018/05/684508-navyinpersiangulf-052118_1526909075.jpg
Oxunub: 2012     22:49     21 May 2018    